Təyyarədə xəsarət alanların hər birinə 20 000, vəfat edənlərin hər birinin ailəsinə isə 40 000 manat veriləcək
Dünən, 23:02 6 dəfə baxılıb
Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının qərarı ilə 25.12.2024-cü il tarixində Qazaxıstan Respublikası ərazisində qəzaya uğramış “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20.000 manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsi müəyyən edilib.
Bu barədə Pravda.az-a AZAL-dan məlumat verilib.
"Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar", - məlumatda qeyd olunub.

Xəbəri paylaş