“Masallıdakı meşə yanğınının qəsdən törədilməsi ehtimalı böyükdür” - FHN

 
30-08-2022, 11:29            86 dəfə baxılıb
Masallı rayonunda baş vermiş meşə yanğınının qəsdən törədilməsi ehtimalı böyükdür.
"Əyalətmedia.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, yanğının başvermə səbəblərinin araşdırılması məqsədilə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin peşəkar əməkdaşları hadisə yerində olublar. İlkin araşdırma zamanı yanğın baş vermiş ərazinin müxtəlif yerlərində yanğın ocaqlarının mənbələri diqqəti cəlb edib, bu mənbələrdə ocaq qalanması və ərazinin müxtəlif yerlərində yanmış ağac kötükləri aşkar olunub. Aşkar edilmiş faktlar hadisənin qəsdən törədilməsi ehtimalına ciddi əsaslar yaradıb.


Qeyd olunanları nəzərə alaraq, hadisənin daha dərindən araşdırılması və yanğına səbəb olmuş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə yanğın baş vermiş ərazidən götürülmüş nümunələrin ekspertizaya təqdim edilərək müvafiq qurumlara göndərilməsi qərara alınıb.
Xatırladaq ki, avqustun 28-də Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin 5-ci dolayında yanğın baş verib və FHN-in müvafiq qüvvələri hadisə yerinə cəlb edilərək yanğın söndürülüb.








Xəbəri paylaş


 
 


Xəbər lenti