Taxta sexinin rəhbəri Baş redaktoru ölümlə hədələdi- RƏZALƏT

 
1-09-2022, 13:43            79 dəfə baxılıb
 Bir neçə gün bundan öncə redaksiyamıza Qax rayonunun Əlibəyli kəndində Roman adlı şəxsə məxsus olduğu bildirilən taxta sexinin fəaliyyət göstərməsi və həmin sexdə kəsilməsi qadağan olunmuş bir neçə ağac növlərindən istifadə olunması barədə məlumatlar daxil olmuşdu. Daxil olan məlumatlarda bildirilirdi ki, bu şəxsə məxsus taxta sexinə daşınan və müxtəlif məqsədlər üçün, ələlxüsus taxta yeşiklərin, müxtəlif növ mebel məhsullarının hazırlanmasında istifadə olunan fıstıq, qoz, cökə və s. kimi ağac növləri, Qax rayonununun meşə zolaqlarından daşınır. Belə bir halın varlığı da onu söyləməyə əsas verir ki, deməli rayonun Əlibəyli kəndindəki taxta sexinin fəaliyyət göstərməsi Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin və Qaxın meşə təsərrüfatına rəhbərlik edən şəxslərin şəxsi maraqlarına cavab verir. Belə bir səbəbdən də, onlar həyata keçirilən “meşə qətliamları”na göz yummmaqda davam edirlər. Təəccüblü halın varlığı ondan ibarətdir ki, ölkə rəhbəri İlham Əliyev cənabları ilə bərabər, ekologiya və təbii sərvətlər nazir cənab Muxtar Babayev də hər kəsi ədalətli olmağa, meşə zolaqlarının qanunsuz yollarla məhv olunmasının qarşısını almağa çağırış etsələr də, Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin və Qax Meşəbəyliyinin rəhbər şəxsləri, hələ də Roman adlı şəxsə lazımi şərait yaratmaqda davam edirlər.
Redaksiyamıza bu yöndə daxil olan məlumatların varlığını əsas tutaraq, 11 avqust 2022-ci il tarixdə Nyus.az xəbər portalında “Qaxda analoqu olmayan “yaşıl soyqırım” həyata keçirilir- FOTO/FAKTLAR” başlıqlı tənqidi məqalə yayımladıq. Bəli, belə bir başlıq adı altında məqalə yayımlandıqdan sonra aidiyyatı dövlət qurumlarına problemlərin araşdırılması məqsədilə məktub ünvanladıq ki, daxil olan məlumatlar əsasında problemlər araşdırılsın və redaksiyamıza rəsmi cavab da verilsin.
Bütün bunlara baxmayaraq, 31 avqust 2022-ci il tarixdə, saat 23:38-də Roman adlı şəxs Baş redaktorun mobil telefonuma zəng edir, onu hədələyir, hətta ona qarşı ən aşağılayıcı ifadələr işlətməkdən də çəkinmir. Deməli, bu şəxsin belə bir davranışı, yəni gecə saatlarında zəng edib Baş redaktoru təhdid etməsi, onun ünvanına etikadan kənar aşağılayıcı ifadələr işlətməsi onu sübut edir ki, Roman adlı şəxs əməlli-başlıca “vorzakonluq” etməklə məşğuldur. Bütün bunlara baxmayaraq, ümidvarıq ki, ölkəmizin hüquq-mühafizə orqanlarının əməkdaşları Roman adlı şəxsin qanundan və etikadan kənar hərəkətlərinin araşdırılması yöndə lazımi tədbirlərini görəcəklər.

Mövzu diqqətimizdədir.


Nyus.Az



Xəbəri paylaş


 
 


Xəbər lenti