Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 8 cinayət faktı qeydə alınıb

 
17-10-2022, 15:02            87 dəfə baxılıb
əYALƏTMEDİA.AZ: - Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin
Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən cari il ərzində
keçirilən tədbirlər zamanı qanunsuz balıq ovu ilə məşğul olan şəxslər
məsuliyyətə cəlb edilib və onlardan yarım tondan artıq balıq müsadirə
edilərək aidiyyəti üzrə təhvil verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan DİA.AZ-a
verilən məlumata görə, ekoloji cinayətlərə qarşı mübarizə tədbirləri
çərçivəsində polis əməkdaşlarının xidməti ərazidə keçirdikləri əməliyyatlar
nəticəsində qanunsuz balıq ovuna görə 2022-ci ilin 9 ayı ərzində 8 cinayət və
8 inzibati fakt qeydə alınıb.
Həmin əməlləri törədən şəxslərdən 507 kiloqram axçalı balıq,1 ədəd
müvafiq sənədləri olmayan ov tüfəngi və 12 tor götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.



Xəbəri paylaş


 
 


Xəbər lenti