İmişli “Mal bazarı”nda quldarlıq qaydaları... - Satılan inəyə 5, balasına 3 manat “vergi”....

 
28-03-2023, 14:10            118 dəfə baxılıb
Və heç kimə çek verilmir...

Bu pullar hara gedir...?
Bu boyda bazarda TUALET yoxdur...
Öncə ondan başlayaq ki, 70 il sovet dövründə planlı iqtisadiyyat deyilən mühitdə yaşadıq. Və Allah qoymasa keçən əsrin sonunda bazar iqtisadiyyatına qədəm qoyduq. Bizim insanlar bazar iqtisadiyyatı ilə BAZARI səhv salır. Bazar iqtisadiyyatı, iqtisadi qanunlara, sağlam rəqabətə, dövlətin qanunlarına əsaslanaraq fəaliyyət göstərməkdir. Daha bizim bildiyimiz zığın-palçığın, löhmənin içindəki bazar demək deyil.
İndicə İmişli “Mal bazarı”ndan hazırlanmış video-reportaja baxanda dəhşətə gəldik. Bu məgər bazar iqtisadiyyatıdır..?
Heç orta əsrlər, feodalizm, quldarlıq dövründə də belə bazar olmayıb. XXI əsrdə insanların belə bir şəraitdə mal-qarasını nəzərdə tutulmuş satış nöqtəsində satması, kənd təsərrüfatı məhsulları, balıq və s zığın-palçığın içində dövriyyə edilməsi heç bir qanun-qaydaya sığmır. Bu dərəcədə anti-sanitariya, pinti, xəstəlik üçün şərait yaradan məkanda qida məhsulları, toyuq-quş, qoyun-quzu satmaq harada görünüb..?
"Müasir bazar"ın həkimsiz, laboratoriyasız şıdırğı alveri...
Axı, müasir bazarın həkimi olar, Allah qoymasa laboratoriyası olar, mühasibatlığı olar, nə bilim sanitariya-gigiyena qaydalarına nəzarət edəni olar və daha nələr... Yoxsa kimsə geniş bir sahəni çəpərləyib və özü üçün Mal bazarı elan edib.
Videodan göründüyü kimi Mal bazarı, əslində Əziz Quliyev adlı birisinin çəpərlədiyi geniş ərazidir.
Təsəvvür edirsiniz, kəndli öz yanı balalı inəyini Allah qoymasa İmişli bazarında satmağa gətirib ... Və inəyə görə 5 manat, balasına görə 3 manat ondan pul alırlar və çek verimirlər. Əgər axşama kimi inək satılmasa, kəndli inəyini və balasını evinə aparır, ancaq ondan alınan 3+5=8 manat geri qaytarılmır.
Əziz Quliyev iki bazarı öz qanunları ilə necə idarə edir?...
Bir sözlə, rayonda bu bazarın sahibi sakinlərdə sosial narazılıq yaradır. Və bu narazılığın arxasında rayonun iki bazarına, “mal bazarı” və “kənd təsərüfatı məhsulları bazarı”na sahiblik edən Əziz Quliyev dayanır. İddiaya görə, əhalidə dövlətə qarşı narazılığın yaradılmasının səbəbi bu şəxsin sahib olduğu bazarlarda antisanitariya ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin bir neçə dəfə ciddi addımlar ataraq bazarları bağlaması olub.
Baxdığımız videoda Qarabağ veteranı, hətta əlil deyir ki, satmaq istədiyimiz mallara görə, bazarın sahibi bizdən artıqlaması ilə pul alır, ancaq çek vermir. Yəni bu bazarın hesabına külli miqdarda pul qazanan bazarın sahibi dövlətin yaratdığı imkanlardan istifadə edir, amma dövlətə qarşı narazılıq yaradır.
Ayaqyolu olmayan bazarda üfunət iyi birmənalı şəkildə olmalıdır...
Təsəvvür edirisniz, yüzlərlə insanın hər gün gəlib-getdiyi mal-qara bazarında tualet yoxdur. Sakinlər soruşur ki, bizim hər gün ödədiyimiz pullar hara gedir..? Bəziləri deyə bilər ki, bu mal bazarıdır, mallar harada gəldi özlərini rahatlaya bilərlər. Burada hər inəyə tualet tikməyin əhəmiyyəti yoxdur. Biz bazar rəhbərliyinə bildirmək istəyirik ki, camaatın sizdən tələb etdiyi tualet bəzilərindən fərqli olaraq, şüursuz malların, qoyunun, keçinin, eşşəyin, atın rahatlanması üçün deyil, bazar rəhbərliyinin də özü ilə bərabər ora gələn insanların rahatlanmasını nəzərdə tuturlar. Amma və lakin camaatın qoyduğu tələblərin hər biri ən azından insanların heyvanlara qarşı yanaşma tərzidir. Buyurun, sakinlərin bildirdiyi iradlarla tanış olun.
Sakinlər soruşur ki, bu boyda zığ-palçıq, löhməyə bir maşın qum tökməyə bazarın sahibinin imkanı yoxdur..? Bəs biz verən pullar hara gedir..?
Hər gün neçə yüz insan, ayda neçə min insan bu bazara gəlib mal-qarasını satmaq istəyir. Hər inəkdən 5, balasından 3, hər qoyundan 2, hər quzudan 1 manat, balıqdan, toyuqdan və daha nələrdən pul qazanan bazarın sahibi bir maşın qumun, çınqılın alınmasına niyə xəsislik edir.
Bax bu sualın cavabı bizdə maraq doğurduğu üçün balaca bir araşdırma apardıq.
İmişlidə camaatın əzab-əziyyəti hesabına toplanan milyonlar Bakıda böyük biznesə yönəlib. Bu haqda növbəti yazımızda bəhs edəcəyik.
Bəli, bazarın sahibi Əziz Quliyev tez-tez xarici ölkələrdə olur, İrana, İraqa və Əfqanıstana səfərlər edir. Niyə hüquq-mühafizə orqanları bununla maraqlanmır..?
Niyə Vergilər Dövlət Xidməti İmişli “Mal bazarı” ilə maraqlanmır..? Suallar çoxdur. Bizi izləyin.
P.S. Növbəti yazımızda bazarda dünyasını dəyişənlər və "İstanbul" klinikası yazısı dərc olunacaq. Gundelik-baku.com






Xəbəri paylaş


 
 


Xəbər lenti