Azərbaycan səhiyyəsinin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır – Heydər Əliyev -100
14-04-2023, 11:12 107 dəfə baxılıb
Bu il Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Heydər Əliyev Azərbaycan xalqının milli sərvəti və müstəqil Azərbaycan dövlətinin memarıdır. Ona görə də ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı ölkəmizin bütün bölgələrində hökumət və qeyri hökumət qurumlarının təşkilatçılığı silsilə tədbirlər keçirilir. O cümlədən ölkəmizin bütün tibb ocaqları da səhiyyə sektorunun inkişafına xüsusi önəm verən ümummilli lider Heydər Əliyevin xatırəsinə tədbirlər təşkil edir, müxtəlif aksiyalara qoşulurlar.
Heydər Əliyevin 1993-cü ilin iyun ayı nın 15-də yenidən Azərbaycana rəhbərliyə qayıdışından sonra ölkə səhiyyəsinin, həmçinin tibb elmi və tibb təhsili sisteminin inkişafının yeni mərhələsi başlandı. XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində bütün sahələrdə olduğu kimi, səhiyyə sistemində, tibb elmi və tibb təhsili sahələrində də tənəzzül, xaos baş alıb gedirdi. İllərlə ulu öndər tərəfindən çətinliklə yaradılmış gözəl şərait, yüksək səviyyəli tibbi avadanlıqlar baxımsızlıq üzündən dağıdılırdı. Xoşbəxtlikdən bu, uzun sürmədi və ulu öndərin yenidən hakimiyyətə gəlişi pərakəndəliyin, dağıntıların qarşısını aldı. Həmin dövr üçün Azərbaycan cəmiyyətindəki pozucu qüvvələrin zərərsizləşdirilməsindən sonra ulu öndər siyasi, hüquqi, iqtisadi, sosial sahədə demokratik islahatlar proqramının həyata keçirilməsinə start verdi. Ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında ölkənin Əsas Qanunu olan konstitusiyanın qəbulu istiqamətində gördüyü işlər, atdığı real addımlar xüsusi qeyd olunmalıdır. 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun hüquqi əsaslarını yaratdı. Ölkəmiz demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişafı kimi seçdi. Ulu öndərin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar verdi. Heydər Əliyev böyük şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görür və buna xidmət edən bütün zəruri tədbirləri həyata keçirirdi. Onun gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı.
Ümummilli lider Heydər Əliyev səhiyyə sisteminin quruculuğu ilə əlaqədar tədbirlər kompleksinə – köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, əhalinin kütləvi dispanser qeydiyyatından keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin artırılmasından başladı. Ulu öndər hər zaman tibb işçilərinə böyük qayğı göstərmiş və çıxışlarında həkimlik peşəsinin öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir iş olduğunu vuğulayırdı. Məhz onun ölkəyə rəhbərliyi dövründə müasir səhiyyə ocaqlarının istifadəyə verilməsinə başlandı.
Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Bu işdə ilk növbədə səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı. Həmin məqsədlə ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və s. qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi. Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlandı. Heydər Əliyevin Azərbaycan səhiyyəsi qarşısındakı xidmətlərindən danışarkən səhiyyə islahatları proqramının hazırlanması və icrasını xüsusi qeyd etmək lazımdır. Ölkə başçısının “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədə” 13 mart 1998-ci il tarixli Sərəncamı səhiyyənin bütün sahələrini əhatə edən islahatların daha geniş miqyasda və sürətlə aparılması üçün şərait yaratdı.
Qeyd etmək lazımdır ki, Ümummilli liderin başladığı inkişaf strategiyası bu gün Prezidenti İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, ən müasir avadanlıqlarla təchizatı səhiyyəmizin yüksəlişinin təzahürləridir. İşğaldan azad olunan rayonlarımızda da müasir tibb ocaqlarının tikilməsi, ən son tibbi texnologiyaların insanların ixtiyarına verilməsi prioritet məsələlərdəndir. Bu sahədə qəbul edilən dövlət proqramları gələcək nəslin sağlam inkişafına bir töhfədir. Prezidentimiz insan sağlamlığını cəmiyyətimizin sərvəti hesab etməklə yanaşı, Azərbaycan səhiyyə sistemində aparılan islahatlara da yüksək dəyər verir. Ulu öndərin diqqət yetirdiyi ən vacib məsələ – insanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi -bu gün də dövlət başçısı İlham Əliyevin daim nəzarətindədir.
Bu gün Azərbaycanın hər bir bölgəsində əhali müasir xəstəxanalarda keyfiyyətli tibbi yardım ala bilir. Müxtəlif xəstəliklər üzrə insanlar pulsuz dərmanlarla təmin olunur, maddi imkanı aşağı olan xəstələrin müalicə xərcləri dövlət hesabına ödənilir. Bütün rayonlarda olduğu kimi, Oğuz rayon Mərkəzi Xəstəxanasında da sakinlərə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb. Xəstəxanada rentgen, filioqraf aparatı, USM, exokardioqrafiya, laboratoriya və digər xidmətlər var. Eyni zamanda, dərman təminatı da yüksək səviyyədə təşkil edilib. Tibbi xidmətin hər kəs üçün əlçatanlığının təmin olunması həm də dövlət başçısı tərəfindən əhaliyə göstərilən yüksək qayğının bariz nümunəsidir.
Bir sözlə uğurlarımızın əsası birmənalı şəkildə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bütün həyatını vətəninin suverenliyinə, xalqının xoşbəxtliyinə həsr edən böyük liderin əziz xatirəsi Azərbaycan var olduqca hər kəsin qəlbində, habelə çoxsalı səhiyyə işçilərinin qəlbində daim yaşayacaq.
Anar Əzizov,
“Oğuz rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru

Xəbəri paylaş