VASİF TALIBOVUN QUDASINI İŞDƏN ÇIXARDILAR – Naxçıvanda daha bir mühüm dəyişiklik

 
2-05-2023, 11:11            73 dəfə baxılıb
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Bəhruz Əzimov vəzifəsindən azad edilib.
Əyalətmedia.az ın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.
Bəhruz Əzimovun yerinə isə Cəlal Mehdiyev təyin olunub
Cəlal Mehdiyev dünən kollektivə təqdim edilib.
“Əyalətmedia.az” əlavə edir ki, Bəhruz Əzimov Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qudası – oğlu Rza Talıbovun qayınatasıdır. B.Əzimov uzun illərdir bu vəzifəni tuturdu və MR-də rəsmi və qeyri-rəsmi yanacaq alverində dövr edən milyonlara nəzarət edirdi.



Xəbəri paylaş


 
 


Xəbər lenti