Bərdə Suvarma Sistemləri İdarəsindən yerli şirkətə yarım milyon manata yaxın sifariş

 
14-06-2023, 11:24            158 dəfə baxılıb
Bərdə Suvarma Sistemləri İdarəsi "İqbal-R" MMC şirkəti (VÖEN: 4000492241) ilə bir mənbədən satınalma üsulu ilə müqavilə imzalayıb.

Müqavilədə “Əmirli 08/425, Əmirli 08/426, Əmirli 08/441,Şahvəlilər 08/248,Xanərəb 08/X-10,Mehdixanlı 08/414,Xan Xanımlı 08/912,Xanərəb 08/X-14,Xanərəb 08/634,Şərəfli 08/446,Həsənqaya 08/815,şərəfli 08/964,Əmirli 08/021,Hacallı 08/855,Soğanverdilər 08/337, Xanərəb 08/930,Piyadalar 08/373 reper nömrəli (cəmi 17 ədəd) subartezian quyularının quyu lülələrinin yenidən qazılması” işlərinin satın alınması nəzərdə tutulur.

Qalib şirkətə ödəniləcək məbləğ 476 000 manatdır.

Qeyd edək ki, "İqbal-R" MMC daha öncə də Beyləqan Suvarma Sistemləri İdarəsi ilə bir mənbədən satınalma üsulu ilə Beyləqan rayon Örənqala və Baharabad qəsəbə ərazilərində R-12-074, R-12-240 reper nömrəli subartezian quyularınn əsaslı təmir işlərinin satın alınması tenderi üzrə 54 972 manatlıq müqavilə imzalayıb.





Xəbəri paylaş


 
 


Xəbər lenti