Ucar rayonu “DOST” İş Mərkəzindən şikayətlər davam edir

 
19-06-2023, 11:38            341 dəfə baxılıb
Ucar rayon “DOST” İş Mərkəzinin xətti ilə rayonun Kommunal Müəssisələri Kombinatına (komxoza) müvəqqəti işə qəbul edilmiş şəxslərin əmək müqavilələrinə qanunsuz xitam verilməsi ilə bağlı  redaksiyamızın elektron poçtuna daha bir məktub daxil olub. Aktualinfo.org sözügedən məktubu olduğu kimi təqdim edir:

Ucar rayonunda 59 nəfərin qanunsuz işindən çıxarılmasını araşdıran yoxdur, nə də ki, əmək müqaviləsinə xitam verilməsinə dair əmrləri onlara təqdim edilmir. Hansı ki, əmrləri almaq üçün müarciətlər edilib.
Həmin 59 nəfər Ucar rayon sakinləri 2019-cu ildə “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına (komxoza) işə qəbul ediliblər.
Onları 2023-cü ilin aprel ayında qanunsuz işdən çıxarılıblar.Əsas göstərilir ki, Məşğulluq Agentliyi  Ucarda 24 noyabr,  05 və 15 dekabr 2022-ci il tarixlərdə monitorinq aparan zaman həmin 59 nəfər işdə olmayıb.
Bunun isə  korrupsiya əməli olmasını subut etmək çox asandır.
Beləki “DOST” İş Mərkəzinin müqaviləsi ilə Ucarda komxozda 350 nəfər işləyir, komxozun özünün isə 70  nəfər işçisi var. Bunu bütün Ucar rayon sakinləri bilir və görür ki, 450 dən çox işçisi olan komxozun hər gün 70 nəfəri təmizlik işi aparırlar. Qalan 400 nəfərə yaxın işçi aylıq haqq verir deyə işə gəlmirlər. Onlara qanunsuz davamiyyət yazılır ki, hər ayda maaş alırlar. Yoxlama gələndə isə aylıq pul alan briqadirlər və müdir onlara xəbər edir ki, tez gəlin gözə görsənin yoxlama gəlib.
Onların arasında elələri var ki, Ucardan kənarda işləyir, alver edir. Komxozun rəhbərliyi yoxlamanı da pul verib razı sala bilir deyə həmin aylıq pul verənlər barədə tədbir görülmür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli,  DOST Agentliyinin rəhbəri Fərid Məmmədov və “DOST” İş Mərkəzinin direktoru Firudin Cəbrayılovun hər birinə müraciət edib xahiş etmişəm kİ, 24 noyabr, 05 və 15 dekabr 2022-ci il tarixlərində Məşğulluq Agentliyi tərəfindən Ucarda aparılmış monitorinq zamanı çəkilmiş videoya mənim və digər şəxslərin iştirakı ilə baxılsın. Ancaq müsbət cavab verilməyib. Çünki həmin yoxlama zamanı təxminən 400 nəfər işdə olmayıb. Monitorinq zamanı çəkilmiş videoya baxanda bu aydın görünəcək. Ancaq bu əsasla 59 nəfər işdən çıxarılıb.Çünki həmin 59 nəfər hər gün işə çıxıb aylıq pul verməyənlər idi. Sadəcə yoxlama saat 11 də gəlib deyə onları görməyib. Çünki dünyanın hər yerində olduğu kimi Ucarda da təmizlik işləri cəmiyyət yuxudan oyanmazdan əvvəl səhər saat 6 -00 dan başlayır. Bu insanlarda səhər saat 6-00 dan -10-00 kimi işləyib evə gediblər.
“Komxoz”un müdiri və briqadirlər isə aylıq pul verib işə gəlməyənləri müdafiə ediblər.
Bir daha qeyd edirəm monitorinq zamanı çəkilmiş videoya baxılsın həmin günü işdə təxminən 400 adam olmayıb ancaq 59 nəfəri bu əsasla işdən çıxarıblar.
Bu bir qrup vəzifəli şəxsin Ucarda əlbir olub etdikləri cinayət əməlidir. Məqsəd isə isə o idi ki, işdən çıxardıqları adamların yerinə pul alıb yeni adamlar işə qəbul edib aylıq alsınlar.


Qeyd edək ki, Göyçay rayonunda da “DOST” İş Mərkəzinin əmək  müqaviləsi ilə işləyənlərin çoxu işdən çxıarıldı. Ancaq rəhbərliyin işə qarışması bunun qarşısın aldı. Hansı ki, həmin adamların əmək müqavilələrinə xitam verilib, son haqq-hesab pullarını da almışdılar. Çünki vicdanlı rəhbər buna imkan vermədi. Ucarda isə Mənsur Məmmədov laqeyid yanaşır çünki bu oyunu quranlarla əlbirdir.


https://www.youtube.com/watch?v=uz9lDALXusk

Fuad Hüseynov,  jurnalist 




Xəbəri paylaş


 
 


Xəbər lenti