Zaqatala və Balakənə KÜTLƏVİ BÖCƏK HÜCUMU
13-10-2023, 11:42 95 dəfə baxılıb
Zaqatala və Balakənə böcəklərin kütləvi hücumu baş verib.
Əyalətmedia.AZ bildirir ki, bu barədə Lent.az-a yerli sakinlər məlumat veriblər.
Sakinlərin dediyinə görə, böcəklər artıq evlərə dolub.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşı Həsən Nəzərli Lent.az-a bildirib ki, onlara bu barədə məlumat daxil olub. Məlumat daxil olan kimi onlar bölgəyə ezam olunublar. Hazırda böcəklərlə mübarizə tədbirləri davam etdirilir.
H.Nəzərıli həmçinin qeyd edib ki, bu böcəklər respublika ərazisinə Gürcüstandan keçib. Ötən il də belə bir hadisə baş vermişdi: “Balakən və Zaqatalada qəhvəyi mərmər bağacığı adlı böcək yayılıb. Qəhvəyi mərmər bağacığı təsərrüfat əhəmiyyətli zərərvericidir. Tipik qalxanlılara aid bağacıqdır. Digərlərindən fərqli olaraq bu böcəklər daha çox bitkiyə zərər vurur. Belə ki, bu zərərverici 200-dən artıq bitkiyə ziyan vurur. Qəhvəyi mərmər bağacığı efir yağı tərkibli toksid maddə buraxır. Təbii ki, bu maddə çox təhlükəlidir. Həmin maddənin insanlara nisbətən daha çox quşlara ziyanı var. Bir sözlə, təbiət bioloji mübarizə apara bilmir. Vətəndaşlardan xahiş olunur ki, zərərvericiləri müşahidə etdikdə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin "088-588" qaynar xəttinə məlumat versinlər

Xəbəri paylaş