Azərbaycanda bu Dövlət Xidmətinin rəisi işdən azad edildi

 
1-03-2024, 11:52           
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Əyalətmedia.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsindən çıxarılıb.
Qeyd edək ki, Bəxtiyar İsmayılov bu vəzifəyə 2018-ci ildə təyin edilmişdi.



Xəbəri paylaş


 
 


Xəbər lenti