Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsi saxta diplomlu qohumunu sektor müdiri təyin etdirib - ŞİKAYƏT

 
5-04-2024, 13:27            73 dəfə baxılıb
Göyçay rayonu, Qaraman kənd sakini Mustafayev Rəvan Aydın oğlu tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədova müraciət edən şikayətçi yazır:
“Cənab Prezident!
Yazıb Sizə bildirirəm ki, Ucar rayon Texniki Nəzarətin Təşkili Sektoruna müdir vəzifəsinə təyin edilmiş Cavid İsmayılovun ali məktəb diplomu saxtadır. Buna görə, ciddi araşdırma aparıb, təsirli tədbir görülməlidir.
İnam Kərimovun Kənd Təsərrüfatı Naziri vəzifəsindən Ali Məhkəmə sədri vəzifəsinə təyin edildiyi üçün, təyinatının olmamasından sui-istifadə edən müəyyən vəzifəli şəxslər saxta diplomlu Cavid İsmayılovu Ucar rayon Texniki Nəzarətin Təşkili Sektorunun müdiri vəzifəsinə təyin etdirə biliblər. Bu cinayət əməlidir ki, vəzifəli şəxslər yol veriblər.
Cavid Ismayılov öz işinin öhdəsindən gələ bilmir. O, taraktor üçün sürücülük vəsiqəsini 322 manata satır. Hətta buna görə çox adamdan pul alıb, qaytarmayıb.
Cavid İsmayılovun yaxın qohumu Zamin Məmmədov Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tabeçiliyində fəaliyət göstərən Mərkəzi Aran Regional İdarəsinin direktorudur. Onun dəstəyi ilə Cavid İsmayılov saxta diplomu ilə vəzifəyə gələ bilmişdir. 
Mənim bu barədə Baş Prokurorluğa etdiyim şikayət araşdırılıb tədbir görülməsi üçün Ucar rayon Prokurorluğua həvalə edilib. Ancaq araşdırma çox ləng aparılır.
Sizdən xahiş edirəm, şikayət ərizəmdə qeyd etdiyim faktları tam, hərtərəfli və obyektiv araşdırıb, vəzifəsindən sui-istifadə edib qanunsuzluğa yol vermiş şəxslər barəsində ciddi tədbirlər görəsiniz”.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq



Xəbəri paylaş


 
 


Xəbər lenti