Ucar sakini ETİRAZ EDİR
5-07-2022, 11:31 65 dəfə baxılıb
Ucar rayonunun Qazyan kənd məktəbi qəzalı vəziyyətdədir.
DİA.AZ xəbər verir ki, məktubla müraciət edən əslən Ucardan olan Zakir İsmayıl bəy ürək ağrısını sətirlərə töküb:
"Yazıram bu qulaqdan alıb o birinə ötürürlər. Yazmıram vicdanım sizlayir...", -Ucar sakini Zakir bəy məktubuna bu sözlərlə başlayır.
"Bura Ucar rayonunun şəhidi Əziz Əliyevin adını daşıyan Qazyan kənd 2 saylı məktəbidir. Dəfələrlə məktəbin dagılmaq həddində olması barədə məsələ qaldırmışam. Ucarın millət vəkilinə də, Ucar rayon icra aparatına da məsələni çatdırmışam. Hər iki tərəfdən bu beşilliyin planında məktəbin tikintisi olduğu bildirilib", -şikayətçi yazır.
Verilən vədlərə əməl olunmur
"Artıq beşilliyin 4-cü ili bitmək üzrədir. Məktəb tikintisinin üfüqdə işartısı da görünmür.
Məktəb hər an uçmaq təhlükəsi ilə üz-üzədir", -Zakir bəy belə deyir.
Ölkənin baş planına məsul şəxslərə müraciət edən Zakir İsmayıl: "150 evlik "ağilli kənd"ə 64,8 milyon manat pul xərcləyən əlaqədar təşkilatlar hara baxırsınız? (Agıllı kənddəki bir evə 432-min manat xərclənir. Orada tikilən 1-1,5- evin pulu bu məktəbi tikməyə bəs edər.) Gözləyirsiniz ki, məktəb uçsun, altında uşaqlar qalıb ölsün? Sonra başlayasınız bu tikintini? Yay tətilidir. Qarşıda 2,5 ay vaxt var. Niyə tikintiyə başlamırsınız? Nədir qarnınızın ağrısı?", sözlərin müəllifi fikirlərini belə yekunlaşdırır.
0

Xəbəri paylaş