Şirvanda həvəskar klubdan pul tələb edildi – Şikayət

 
10-10-2024, 12:56            104 dəfə baxılıb
Şirvan Olimpiya İdman Kompleksi həvəskarlar liqasında çıxış edən “Şirvan OİK” klubundan stadionda keçirdiyi hər oyun üçün 250 manat pul tələb edir.
Bu barədə Axar.az-a klubdan göndərilən şikayət məktubunda bildirlib.
“Şirvan şəhər sakinlərinin istəyi ilə ötən il “Şirvan OİK” komandasını yaratmışıq. Klubun heç bir yerdən gəliri yoxdur. Nə şəhər rəhbərliyi, nə də idman idarələri kluba heç bir dəstək göstərmir. Yalnız bir neçə gəncin və şəhid valideyinlərinin maliyyə dəstəyi ilə ayaqda qalır. Bu çətinliklərə baxmayaraq, klub bu il həvəskarlar liqasında 3-cü yeri tutdu”, - şikayətdə qeyd olunub.
Məktub müəlliflərinin sözlərinə görə, yarandığı gündən görüşlərini və məşqlərini Şirvan Olimpiya İdman Kompleksində keçirən klub indi çətin vəziyyətlə üzləşib:
“Hazırda Şirvan Olimpiya İdman Kompleksinə yeni təyin olunmuş Radin Tağıyev klubun kompleksdə məqşlərinə icazə vermir. Hər oyun üçün 250, komandanın məşqləri üçün isə 70 manat tələb edir. Bu göstərişin Gənclər İdman Nazirliyi tərəfindən verildiyini deyir”.
Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev bildirib ki, Olimpiya İdman Kompleksləri təsərrüfat hesablı olduqları üçün fəaliyyətlərini öz gəlirləri hesabına təmin edirlər.
“Göstərilən hər bir xidmətin haqqı ödənilməlidir ki, komplekslər istifadə edilən qaz, su, elektrik, işçilərin əmək haqqı, eləcə də qurğuların digər saxlanma xərclərini qarşılaya bilsinlər. Ödənilən vəsait stadionun xərclərinə sərf edilir. Futbol komandasının ödədiyi məbləğ qiymət tarifinə uyğundur. Həmin məbləğ ödənilməlidir ki, stadiondan istifadə zamanı yaranan xərclər qarşılansın”.







Xəbəri paylaş


 
 


Xəbər lenti