Bakı-Şamaxı-Yevlax yolunda hərəkət məhdudlaşdırılır

 
21-07-2022, 12:41           
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 66-69-cu kilometrlik hissəsində (Şamaxı rayonu istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 21 iyul saat 10:00-dan etibarən yolun qeyd edilən hissəsində hərəkət işlərin aparılacağı bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Əyalətmedia.az”a verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik.



Xəbəri paylaş


 
 


Xəbər lenti