Yoluxmalara görə karantin rejimi sərtləşdirilə bilər? - TƏBİB rəsmisindən AÇIQLAMA
19-08-2022, 12:13 72 dəfə baxılıb
Son günlər yoluxma hallarında artım müşahidə edilir. Lakin realda olan rəqəmin daha yüksək olduğunu düşünürəm. Çünki virusa yoluxan insanlar xəstəliyi yüngül keçirtdiyi üçün test vermə zərurəti yaranmır.
Bu barədə Trend-in suallarını cavablayarkən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.
Onun sözlərinə görə, yoluxma sayının artmasına baxmayaraq, xəstəxanalarda ciddi bir yataq problemi yaşanmır.
"Daha öncə COVID-19 dalğalarında gördüyümüz çətin vəziyyəti indi müşahidə etmirik. Yoluxma sayının artması dolayı yolla ağır xəstələrinin sayının artmasına gətirib çıxara bilər. Lakin karantin rejimini sərtləşdirilməsi daha çox ağır xəstə hallarının artması ilə əlaqədardır. Əgər xəstəxanalarda yer problemi yaranarsa, o zaman təbii ki, karantin rejimini sərtləşdirilməsi nəzərdən keçirilə bilər. Buna Operativ Qərargah tərəfindən mövcud vəziyyət ciddi təhlil edildikdən sonra qərar veriləcəkdir", - deyə o bildirib.
V.Əliyev hazırki vəziyyəti qənaətbəxş hesab etdiyini vurğulayıb.
"İstənilən halda insanlar ehtiyatlı davranmalıdır. Qapalı məkanlarda yaxın təmasda olmamalı, ara məsafəsi saxlamalı, gigiyenik qaydalara əməl etməli və vaksinasiya olunmalıdır. Düşünürəm ki, ümumilikdə hazırki vəziyyət karantin rejimiin sərtləşdirilməsinə ehtiyac yaratmır. Lakin yaxın günlərdə vəziyyət yoluxma sayı və xəstələyin ağırlıq dərəcəsi ilə əlaqədar olaraq gözdən keçirilə bilər və qərarlar da bunu əsasında verilə bilər", - deyə, o əlavə edib.

Xəbəri paylaş