Orqan Transplantasiyası Mərkəzinin açılacağı tarix məlum olub
17-06-2022, 14:01
“Orqan Transplantasiyası Mərkəzinin yaxın bir-iki ayda açılışı olacaq”.Bunu APA-ya açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.
Nazir deyib ki, Mərkəzin iş prinsipi barədə ictimaiyyətə geniş məlumat veriləcək:
“Donorlar, orqana ehtiyacı olanların bazaları barədə məlumatlar təqdim olunacaq. Artıq təmir-tikinti işləri başa çatmaqdadır, müasir bir Mərkəz olacaq”.
Xəbəri paylaş




























