Vahid Əhmədov dərmanlarla bağlı sərt danışdı: “Niyə keyfiyyətdə bu qədər fərq var”

 
6-07-2023, 14:07            92 dəfə baxılıb
Milli Məclisdə “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov layihə barədə məlumat verdikdən sonra müzakirələr başladı.      
Əyalətmedia.az xəbər verir ki, deputat Vahid Əhmədov çıxışında qanun layihəsinə ciddi iradının olmadığını və səs verəcəyini bildirdi. Amma iclasda səhiyyə nazirinin müavini Rasim İsmayılovun iştirak etməsini nəzərə alaraq dərmanların çatışmazlığı, qiyməti keyfiyyəti və digər məsələlərlə əlaqədar narahatlığını bölüşdü, suallar ünvanladı. Bildirdi ki, Azərbaycana gətirilən dərmanların sertifikasiya məsələsi çox ciddi problemə çevrilib. Deputatın sözlərinə görə, elə dərmanlar var ki, şirkətlər onların idxalı üçün aylarla gözləyirlər, hətta 6 aydan sonra həmin dərman vasitələri  sertifikasiyadan keçirilir.

V.Əhmədov qeyd etdi ki, dünya ölkələrində eyni dərmanlar sertifikasiyadan keçirilmədən, dərhal istehlakçıya çatdırılır. “Çox ciddi dərman qıtlığı var, bir sıra apteklərdə hətta başağrısı dərmanı tapmaq mümkün deyil”-deyə, deputat əlavə etdi. Həmçinin dərmanların keyfiyyətindən narazılığını bildirdi: “Alman apteki var, dərmanı oradan alırsan, tamamilə başqa təsirə malikdir. Əgər lobarotoriyada yoxlanılırsa, digər apteklərdə niyə dərmanların keyfiyyətində bu qədər fərqlər var?”
V.Əhmədov dərman vasitələrinin əlçatanlığını təmin edəcək layihənin hazırlandığı barədə Ə.Əmiraslonovun anonsunu xatırlatdı və layihənin taleyi barədə də sual verdi. Dedi ki, o layihə nəhayət, açıqlanmalıdır. “Dərmanların qiyməti məsələsi bizimçün çox önəmli məsələlərdən biridir. Elə məhsullar var ki, onları ƏDV-dən azad etmək lazımdır. Həmçinin dərman vasitələrini. Gürcüstanın çox gözəl təcrübəsi var, Türkiyə ilə müqavilə imzaladı və dərmanları oradan gətirir. Türkiyə bizə qardaş ölkədir, hökumət niyə eyni müqaviləni imzalamır? Nəhayət, Azərbaycan hökuməti nə vaxt qərar layihəsini bizə təqdim edəcək ki, görək dərmanların qiyməti nə vaxt stabilləşəcək?”



Xəbəri paylaş


 
 


Xəbər lenti