Azərbaycanda koronavirusa qarşı bu vaksinin istifadəsi dayandırıldı

 
27-10-2023, 11:20            131 dəfə baxılıb
Bir müddət öncə “Sputnik V” vaksinini hazırlayan Hamaley adına mərkəzin direktoru Aleksandr Ginzburq sözügedən vaksinin yeni COVID-19 ştammlarından qorumadığını bildirib. Onun sözlərinə görə, “Sputnik V”-nin orijinal variantı ilk iki il ərzində COVID-19-dan qoruyub, lakin yeni ştammların meydana çıxması ilə onun effektivliyi azalmağa başlayıb. Ginzburq həmçinin əlavə edib ki, bu gün “Sputnik V” vaksini ümumiyyətlə COVİD-19-dan qorumur.
Bəs hazırda Azərbaycanda “Sputnik V” peyvəndindən istifadə edilir?
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, hazırda Azərbaycanda “Sputnik V” peyvəndindən istifadə olunmur.
Qeyd edək ki, Azərbaycanda oktyabrın 16-dan 22-nə qədər koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 897, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 570, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 373, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 524, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 430 təşkil edir.
Xatırladaq ki, Azərbaycanda Çinin SINOVAC, İngiltərənin AstraZeneca/Vaxzevria, Almaniyanın Biontech/Pfizer və Rusiyanın Sputnik V vaksinləri tətbiq olunurdu.



Xəbəri paylaş


 
 


Xəbər lenti