Xəstəxanalarda randevu sisteminin nə vaxtdan tətbiq ediləcəyi açıqlandı – Birinci bu klinikada…
4-11-2023, 12:04 120 dəfə baxılıb
Dövlət tibb müəssisələrində növbə sıxlığının qarşısının alınması üçün randevu sisteminin ilkin olaraq test rejimində bu ilin sonuna qədər işə başlaması nəzərdə tutulub. İlkin olaraq sistemin Yeni Klinikada tətbiqi nəzərdə tutulub.
Bu barədə sorğuya cavab olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, vətəndaş “e-Tabib” mobil tətbiqi üzərindən öncə müayinə üçün həkimin ixtisası üzrə seçim etməli, daha sonra isə tibb müəssisəsini seçməlidir.
“Vətəndaş ixtisas seçimini, tibb müəssisəsini, gün və saatı seçdikdən sonra təsdiq düyməsi vurulur. Ekranda randevu nömrəsi əks olunduqdan sonra vətəndaş randevunu götürmüş sayılır.
Eyni zamanda, bir şəxs özü ilə yanaşı, digər şəxslər üçün də onlayn növbə götürə bilər.
Vətəndaş randevunun təyin edildiyi gün tibb müəssisəsinə 15 dəqiqə əvvəldən gəlməli, növbə terminalına yaxınlaşaraq randevunu aktivləşdirməlidir”, – deyə bildirilib.
Xatırladaq ki, bir müddət öncə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova xəstəxanalarda “Randevu” sistemi olacağını, sistemin test mərhələsində olduğunu qeyd edib.

Xəbəri paylaş