“Ambulator şəraitdə dərman təminatı Xidmətlər Zərfinə daxil ola bilər”
14-12-2023, 13:20 118 dəfə baxılıb
“Xidmətlər Zərfinin təkmilləşdirilməsi üzərində işlənilir. Biz çox istərdik ki, vətəndaşlarımızın sağlamlığının qorunması üçün vacib hesab edilən bütün tibbi xidmətlər, o cümlədən, ambulator şəraitdə dərman təminatı Xidmətlər Zərfinə daxil olsun. Bunun üzərində də çalışırıq”.
“Əyalətmedia.az” xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında bildiribQeyd edib ki, mərhələli şəkildə resept əsasında yazılan bəzi dərman vasitələrinin sığorta hesabına qarşılanması nəzərdə tutulub.
“İlk il ürək-damar sistemi xəstəlikləri, 2-ci il həzm sistemi, növbəti ildə isə tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrini sığortaya daxil etməyi hədəfləmişik. Vətəndaşların dərmanlarla təmin edilməsi məqsədilə apteklərlə müqavilələrin bağlanılması nəzərdə tutulub. Həmçinin dərman vasitələrinin pozitiv siyahısı hazırlanacaq. Pozitiv siyahı ambulator şəraitdə sığorta ilə qarşılanan dərman vasitələrinin məcmusudur. Əlbəttə ki, bütün bu qeyd etdiklərim layihə şəklində hazırlanır, rəy və təklifləri öyrənmək məqsədilə aidiyyəti qurumlara təqdim ediləcək”, - deyə qurum rəsmisi əlavə edib.

Xəbəri paylaş