Nevroloq Könül Hacıyevanın 160 manat ödənilən qəbulunda qalmaqal: “Dedi ki, polkovnikəm…”

 
19-02-2024, 11:31            175 dəfə baxılıb
Nevroloq Könül Hacıyevanın qəbulunda verilən analizə imza atılmadığına narazılıq edən pasiyent həkimin qəzəbinə gəlib.
Bu barədə hüquqşünas Rüfət Səfərov sosial şəbəkədə yazır:
“Gedib çıxdıq bu gün nevroloq Könül Hacıyevanın yanına. Ünsiyyətimiz ondan başladı ki, həkimin qəbuluna girməzdən öncə qiyməti 75 manat olan EEG aparatından keçməlisən. Əks halda həkimin asistenti İlhamə xanım xəstəni qəbula yazmır. Mənim həkim bir pasiyenti müayinə edər sonra aparata göndərər kimi dəlillərim də bu asistentin ürəyini yumşaltmadı. 75 manat EEG aparatı və 85 manat həkim qəbuluna (160 manat) öncədən vəsait keçirəndən sonra ancaq anamı sıraya aldılar. EEG edib əlimizə bir rapor olan kağız verdilər. İlhamə adlı köməkçidən soruşuram ki, bəs bu raporu kim yazıb, niyə imzası yoxdur? Xanımı od vurdu sanki. Girdim EEG həkiminə sənədi imzalatdım. Onda da Könül Hacıyavanın qəzəbinə gəldim. Bilmirəm bu imza nə məsələ idisə hamı təşvişə düşdü. Dedi “ananızı qəbul etmirəm, biləsiz ki mən polkovnikam indi polis çağırıb Sizi ona təhvil verəcəm”. Mühafizə də gəldi ki, bəs bizim fotomuzu çəkmisiz. Telefonunuzu açın silin yoxsa klinikadan Sizi buraxmayacağıq. Mən bilmirəm bu Nevroloq Dr. Könül Hacıyevanın fotolarının internetdə dolu olduğu bir halda mən niyə fotosunu gizli çəkməliyəm. Nə isə nevropotoloq polkovnik çıxdı. Həkimin təhdidləri, köməkçinin təhqirlərindən sonra 102-ə müraciət etməli oldum. Ümid qalır bizim şanlı polisimizə. Görək bu polkovnik rütbəli Nevroloq Dr. Könül Hacıyevanın gücü nədədir ki, xəstə yaxınlarını qorxmadan təhdid edir və xəstələrə sənə baxmıram deyib etinasızlıq göstərir? İndi də hörmətli polkovnik nevroloqun şəklini internetdən götürüb qoyuram ki, bəlkə başa düşər ki, onun qapısında hər hansı gizli çəkiliş etməyin məntiqi yoxdur) Xahiş edirəm TƏBİB və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi də məsələ ilə bir maraqlansın”.
Qarşı tərəfdən məsələyə mövqe öyrənə bilmədik./qlobal.az




Xəbəri paylaş


 
 


Xəbər lenti