Rusiya Ermənistana NOTA VERDİ
17-08-2022, 12:03 71 dəfə baxılıb
Rusiya Ermənistan Xarici İşlər Nazirliyinə nota verib.
Əyalətmedia.az xəbər verir ki, “Surmalu” ticarət mərkəzində baş verən partlayışlara görə anti-Rusiya “rüsvayçı bəyanatlar”ın yayılması ilə əlaqədar Rusiya səfirliyi Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.
Ermənistan Moskvanı İrəvanda topdansatış bazarında pirotexnika anbarının partladılmasında əli olmaqda ittiham edib.
Rusiya diplomatik missiyası bu cür şayiələri birbaşa təxribat adlandırıb və ölkə hakimiyyətindən gələcəkdə bu cür bəyanatların eşidilməsinin qarşısını almaq üçün tədbirlər görməyi tələb edib.
“Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almaq üçün addımlar atmasını, o cümlədən lazımi ictimai şərhləri gözləyirik”, – deyə diplomatik missiyanın bəyanatında deyilir.

Xəbəri paylaş