Trampın vəkili 2020-ci il seçkiləri ilə bağlı ifadə verdi
18-08-2022, 11:26 63 dəfə baxılıb
ABŞ-ın keçmiş prezidenti Donald Trampın şəxsi vəkili, Nyu-York şəhərinin keçmiş meri Rudi Culiani 2020-ci il prezident seçkilərinə müdaxilə ilə bağlı istintaq çərçivəsində Corciya ştatında ifadə verib.
'yal'tmedia/az xarici mediaya istinadən xəbər verir ki, Culiani hakim qarşısına çıxmaq üçün vəkili Robert Kostello ilə birlikdə Fulton rayon məhkəməsinə gedib.
Təxminən 6 saat şahid qismində ifadə verən Culiani məhkəmənin çıxışında media mənsublarının suallarını cavabsız qoyub.
“The New York Times”ın məlumatına görə, Fulton Rayon Prokurorluğu Rudi Culianini Corciya ştatında 2020-ci ildə keçiriləcək prezident seçkilərinə qeyri-qanuni müdaxilə cəhdlərinə görə mühakimə oluna biləcəyi barədə xəbərdarlıq edib.
Bildirilib ki, 3 noyabr 2020-ci il seçkilərindən sonra Culiani dekabr ayında Corciya əyalətinin qanunvericiləri ilə 3 dəfə görüşüb. Ştatda seçkilərdə geniş pozuntular və saxtakarlıqların olması ilə bağlı iddialar yayıb. Fulton rayon prokuroru irəli sürülən iddialarla əlaqədar araşdırma başladıb.

Xəbəri paylaş