Volodin: "ABŞ hakimiyyəti əldə saxlamaq üçün Avropanın rifahını qurban verir"

 
19-08-2022, 11:24            66 dəfə baxılıb
“ABŞ dünya üzərində hakimiyyətini saxlamaq üçün hər şeyi etməyə hazırdır, bunun üçün vətəndaşların rifahını və Avropa ölkələrinin iqtisadiyyatını qurban verir”.
Əyalətmedia.az “Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.


“Vaşinqton Avropanı aclığa, soyuğa və təcridə məhkum edir. ABŞ-da bu gün qazın 1000 kubmetri 333 dollara başa gəlir. Vaşinqtonun özü onu Avropaya 7,3 dəfə baha satır. Bu Avropa İttifaqı ölkələrinin iqtisadiyyatını rəqabətsiz edir. İnflyasiya artıq avrozona üçün rekord həddə çatıb” – Volodin telegram kanalında yazıb.
O, həmçinin qeyd edib ki, Avropa dövlətlərinin Rusiya enerji daşıyıcılarından imtina etməsi, iqtisadi əməkdaşlığı kəsməsi və Rusiya vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulması ilə bağlı qərarlar Vaşinqtonun təzyiqi ilə qəbul edilib.



Xəbəri paylaş


 
 


Xəbər lenti