“Qərb Rusiya ilə silahlı münaqişəyə hazırlığı dayandırmır” - Patruşev

 
19-08-2022, 13:28            91 dəfə baxılıb
Qərb Rusiya ilə silahlı münaqişəyə hazırlıqlarını dayandırmır.
APA-nın TASS-a istinadən məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Təhlükəsizlik Şurası Katiblərinin 17-ci illik görüşündə deyib.
O, Ukrayna münaqişəsi fonunda Qərbin Rusiyaya qarşı açıq silahlı münaqişəyə hazırlıqla hibrid addımlar arasında balanslı formada addımlar atdığını deyib.
Patruşev Ukrayna tərəfinin ABŞ-ın təhriki ilə Rusiya ordusunun nəzaərtində olduğu Zaporojye AES-ə zərbələr endirdiyini və fəlakətin baş verəcəyi təqdirdə məsuliyyətin ABŞ və Böyük Britaniyanın üzərinə düşəcəyini əlavə edib.





Xəbəri paylaş


 
 


Xəbər lenti