Dünya yeni güc mərkəzinin şahidinə çevrilir: NATO-Yaponiya əlaqələri gücləndirilir
8-06-2022, 13:16 58 dəfə baxılıb
NATO və Yaponiya qlobal təhlükəsizliyə töhfə vermək üçün ikitərəfli münasibətləri gücləndirmək barədə razılığa gəlib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, NATO-Yaponiya ikitərəfli əməkdaşlığının gücləndirilməsi məqsədilə Yaponiya Baş Qərargahının rəisi general Yamazaki Koji Tokioda NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer ilə görüşüb.
Belə ki, görüşdə Rusiyanın Ukraynaya hücumlarının Hind-Sakit okean hövzəsində mümkün fəsadları müzakirə edilib və qarşılıqlı əlaqələri gücləndirmək barədə razılığa gəlib.
Bauer Rusiya prezidenti Putinin “Güc qanunu ilə qanunun gücünü məhv etməyə çalışdığını” bildirib. O, Tokio hökumətinin alyansa verdiyi töhfələri “həyati vacib” adlandırıb.
Həmçinin bölgədə gözlənilməz hadisələrə qarşı Qərblə koordinasiyanı artırmağı planlaşdıran Yaponiyanın baş naziri Fumio Kişidanın ayın sonunda Madriddə keçiriləcək NATO Zirvə toplantısında iştirak edəcəyi bildirilib.
İqbal Rzayev,

Xəbəri paylaş