Türkiyə vətəndaşlarını İraqa səfər etməməyə çağırıb

 
30-08-2022, 12:34           
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına İraqın paytaxtında qeyri-sabit vəziyyətlə əlaqədar Bağdada səfərdən çəkinməyi tövsiyə edib.

Əyalətmedia.Az "Report"a istinadən bildirir ki, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.

"Bağdadda təhlükəsizlik vəziyyətinin pisləşməsini nəzərə alaraq, vətəndaşlarımıza zərurət olmadıqca sözügedən şəhərə səyahət etməkdən çəkinmələri tövsiyə olunur", - məlumatda bildirilir.

Nazirlik həmçinin ölkənin İraqdakı vətəndaşlarını kütləvi etirazların keçirildiyi yerlərə getməməyə çağırıb.

Xarici İşlər Nazirliyi vətəndaşlara ayıq-sayıq olmağı və xəbərləri yaxından izləməyi tövsiyə edib.

Əyalətmedia.Az



Xəbəri paylaş


 
 


Xəbər lenti