Türkiyə Azərbaycanın haqq işini dəstəkləyir - Hulusi Aka

 
30-08-2022, 12:37            61 dəfə baxılıb
Türkiyə Azərbaycanın haqq işini dəstəkləyir.

Əyalətmedia.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın 30 Avqust Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Gününə həsr olunmuş müraciətində deyilir.

Nazir qeyd edib ki, Türkiyə əsgəri tarix boyu Vətənin keşiyində dayanıb, onun mənafeyini qoruyub.

"Başda Azərbaycan və Liviya olmaqla dostlarımızın, qardaşlarımızın və müttəfiqlərimizin haqq işini dəstəkləyirik, həmçinin NATO, Aİ, BMT, ATƏT və ikitərəfli müqavilələr çərçivəsində Qətər, Somali, Kosovo və Bosniya və Herseqovinada uğurla xidmət etməklə regional və qlobal sülhə töhfə veririk", - deyə H.Akar bildirib.

Əyalətmedia.Az



Xəbəri paylaş


 
 


Xəbər lenti