Kreml HƏRƏKƏTƏ keçdi: Paşinyanı DEVİRMƏK planına Bakıdan REAKSİYA

 
Dünən, 14:19           
“Güclü Ermənistan” partiyasının sədri və “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan digər ölkələrin vətəndaşlığından imtina proseduruna başladığını elan edib. Musavat.com erməni mediasına istinadən bildirir ki, Karapetyan məhkəmə iclası zamanı Rusiya və Kipr vətəndaşlığından imtina prosesinə başladığını bildirib. Qeyd edib ki, o, Ermənistan vətəndaşıdır və qarşıdan gələn parlament seçkilərində qalib gəlməyi planlaşdırır.
Karapetyandan sensasiya: "Əgər baş nazir olsam, sentyabrda..." -  Globalinfo.az
Yada salaq ki, aprelin 15-də Karapetyanın işi üzrə ilk məhkəmə iclası başlayıb. İclasın əvvəlində müdafiə tərəfi foto və video çəkilişin qadağan edilməsi barədə vəsatət verib, etiraz isə məhkəmə tərəfindən təmin edilib. Karapetyan vergidən yayınma, çirkli pulların yuyulması, külli miqdarda mənimsəmə və hakimiyyəti ələ keçirməyə ictimai çağırışlarda ittiham olunur. Bu işdə daha iki nəfər də var. İş hakim Vahe Dolmazyanın icraatına verilib. Maraqlısı budur ki, Rusiya Prezidenti Vladimir Putinin Moskvada Ermənistan baş naziri Nikol Paşinyanla görüşündən və kifayət qədər gərgin məcrada keçən danışıqlardan sonra Karapetyan və digər Kremlə bağlı müxalifətçilər aktivləşiblər. Belə görünür ki, Moskva Ermənistanda Karapetyan “kartı”nı işə salmağa qərar verib. Ötən il iş adamı kifayət qədər ciddi problemlərlə üzləşdi. Belə ki, onun donorluq etdiyi erməni kilsəsinin başına açılmayan oyunlar qalmadı. Üstəlik, özü həbsə atıldı, şirkətinə qarşı da ciddi araşdırmalar başladı.
Lakin Rusiya görüş-duelindən sonra Karapetyan bütün basqılara rəğmən, hərəkətə keçdi. Bu günlərdə onun partiyası İrəvanda mitinq də keçirdi. Paşinyan Putinə seçkilərdə yalnız Ermənistan pasportunu daşıyan şəxslərin iştirak edəcəyini qəti şəkildə bildirəndən sonra Karapetyan 7 iyun seçkilərində onun yolunu kəsən ikili-üçlü vətəndaşlıq məsələləri ilə bağlı da hərəkətə keçib. “Güclü Ermənistan” partiyasının idarə heyətinin üzvü Alik Aleksanyan deyib ki, Karapetyan Rusiya vətəndaşlığından əlavə, Ermənistan və Avropa ölkələrindən birinin vətəndaşlığına da malikdir. Onun sözlərinə görə, iki aydan sonra Karapetyanın yalnız bir pasportu, Ermənistan pasportu olacaq. Məlumata görə,
Karapetyan Rusiya ilə yanaşı, Kiprin də pasportunu daşıyır. Bəs Paşinyanın əsas rəqibi maneələri aşıb, baş nazir kürsüsünü ələ keçirə bilərmi? Belə görünür ki, o, iddiaları naminə hətta Rusiya vətəndaşlığını da qurban verir. Vaxtilə digər erməni milyarder Ruben Vardanyan da eyni addımı atmışdı, Qarabağa gələrkən Rusiya vətəndaşlığından imtina etmişdi. Onun məqsədi sonrakı mərhələdə Ermənistanda rəhbərliyi ələ keçirmək idi, amma alınmadı və qoluqandallı Bakıya gətirildi, Azərbaycan qanunlarını pozduğu üçün 22 illik həbsə məhkum edildi. Budur, “İrəvan qalası”nı ələ keçirmək üçün ikinci erməni milyarder Rusiya vətəndaşlığından çıxır.
Bəs onun taleyi necə olacaq? İrəvan məhkəməsi ev dustaqlığında olan iş adamını həbs etməyə çalışır, o isə seçkilərə hazırlaşır…Karapetyan və ya qeyrisinin hakimiyyəti ələ keçirməsi Azərbaycanla sülh prosesinə əngəl yarada bilərmi?
Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında maraqlı məqamlara toxunub. Onun sözlərinə görə, Karapetyan vergidən yayınma, çirkli pulların yuyulması, külli miqdarda mənimsəmə və hakimiyyəti ələ keçirməyə ictimai çağırışlarda ittiham olunduğuna görə, onun parlament seçkisində iştirakı sual altındadır. “Karapetyan seçkilərə qatılmaq məqsədilə Rusiya vətəndaşlığından imtina etməklə, Paşinyanın Putinə söylədiyi “başqa ölkənin vətəndaşı Ermənistanda seçkidə iştirak edə bilməz” tezisini zəiflətməyə çalışır. Ancaq ona qarşı ittihamlar çox ciddidir və Paşinyan əsas rəqibini zəiflətmək siyasətindən imtina etməyəcək”, - politoloq belə hesab edir.
E.Şahinoğlu şübhə etmir ki, Putinin Karapetyanı dəstəkləməsinə baxmayaraq, baş nazir əsas rəqibinin seçkilərdə iştirakına əngəllər yaratmaq siyasətini davam etdirəcək: “Kreml vaxtilə Vardanyanı da Paşinyanın yerinə hazırlayırdı. Moskva bu məqsədlə Vardanyanı əvvəlcə Qarabağa göndərmişdi ki, o, separatçıların liderinə çevrilsin və bundan sonra Robert Köçəryan kimi, Ermənistanda hakimiyyətə gəlsin. Alınmadı. Azərbaycan Kremlin bu planını ərazi bütövlüyünü təmin etməklə və Vardanyanı həbs etməklə pozdu. Kremlin budəfəki planını isə Paşinyan pozmağa çalışacaq”.
todaypress.tv | Elxan Şahinoğlu: "Həm Ankara, həm də Bakı Paşinyanın  qələbəsini istəyir"
Politoloq iş adamının erməni seçicilərini ələ almaq planlarından da bəhs etdi: “Karapetyan bir neçə gün əvvəl İrəvanın Azadlıq meydanında keçirilən mitinq iştirakçılarına göndərdiyi videomüraciətində hakimiyyətə gələcəyi halda, 300 min iş yeri yaradacağını, Rusiya ilə strateji ittifaqı bərpa edəcəyini, diaspora ilə əlaqələri gücləndirəcəyini, kiləsinin rolunu yenidən artıracağını vəd edib. Karapetyan Paşinyanın “müxalifət hakimiyyətə gələrsə, sentyabr ayında Azərbaycanla müharibə başlayacaq” tezisinə belə cavab verib ki, o müharibəyə başlamaq fikrində deyil. Buna baxmayaraq, Karapetyan müraciətində Azərbaycanla sülh quruculuğu, Ermənistan Konstitusiyasının dəyişdirilməsi məqsədilə referendumun keçirilməsi və “Tramp yolu” barədə heç nə demədi, əksinə “Artsaxda etnik təmizləmə həyata keçirilib” iddiasını səsləndirdi. Bu mənada Paşinyan haqlıdır. Karapetyan kimi birisinin hakimiyyətə gəlişi sülh quruculuğuna və bölgə ölkələri arasında əməkdaşlıq üçün yaxşı heç nə vəd etmir”.
Ekspertin fikrincə, Ermənistanda seçki kampaniyası bu ölkənin daxili işi olsa da, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanda müxalifətdən olan namizədlərin təxribatçı açıqlamalarına reaksiya verməsinə ehtiyac var: “Məsələn, bəyan edilməlidir ki, Ermənistanda seçkidən sonra formalaşan hökumət sülh qurucuğundan və əvvəlki razılaşmalardan imtina edərsə, bunun həm iki ölkə arasındakı münasibətlərə mənfi təsirləri olacaq, həm də bölgədə yeni müharibə riski yaradacaq. Bu bəyanat ona görə əhəmiyyətlidir ki, Ermənistan vətəndaşları seçkidə doğru seçim etsinlər”.





Xəbəri paylaş


 
 


Xəbər lenti