Türkiyə İsveç və Finlandiya qarşısında 10 şərt İRƏLİ SÜRDÜ

 
8-06-2022, 15:57            62 dəfə baxılıb
Ankara Stokholm və Helsinki qarşısında 10 şərt irəli sürüb.
KONKRET.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, onların yerinə yetirilməsi Türkiyə hakimiyyətini İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə münasibətinə yenidən baxmağa vadar edə bilər.
Xüsusilə, İsveç və Finlandiya 10 bəndlik tələbləri yerinə yetirməlidir.
Həmin tələblər aşağıdakılardır:
1. Türkiyənin terror təşkilatları PKK, DHKP/C, İŞİD, FETÖ (Gülənçilər), eləcə də onların törəmələri ilə mübarizədə dəstək;
2. İsveç və Finlandiyada terrorizmlə mübarizə üçün “hüquqi qaydalar” və “hüquqi infrastruktur” yaratmaq;
3. Hər iki dövlət öz ölkələrində kürdlərin nümayəndəlikləri açmaq cəhdlərini dayandırmalıdır;
4. FETÖ-nün fəaliyyətinin qarşısının alınması və təşkilata bağlı medianın bağlanması;
5. Terrorla əlaqəli təşkilatların aktivlərinin dondurulması tələblərinə əməl etmək;
6. Terrorla əlaqəli şəxslərin ekstradisiyasına dair tələbləri yerinə yetirmək;
7. PKK kimi təşkilatların nümayişlərini qadağan etmək;
8. Türkiyə ilə kəşfiyyat məlumatlarını paylaşmaq;
9. İsveç və Finlandiya Türkiyənin müdafiə sənayesinə qoyulan məhdudiyyətləri aradan qaldırmalıdır;
10. NATO-ya daxil olarkən, bu tələblərə əməl etməyi öhdəsinə götürür



Xəbəri paylaş


 
 


Xəbər lenti