İrəvandan Moskvaya qarşı DEMARŞ – Həftələr qalmış...

 
Bu gün, 12:10           
Xəbər verildiyi kimi, Ermənistanda Rusiyanın fəaliyyətini müsbət tərəfdən işıqlandıran onlarla YouTube kanalı platformadan tamamilə silinib. “Məlumatlı Vətəndaşlar Birliyi” qeyri-hökumət təşkilatının rəhbəri Daniel İoannisyanın sözlərinə görə, həmin kanalların siyahısı öncədən amerikalı senatorlara təqdim edilib və bundan sonra senatorlar "Alphabet" şirkətinin rəhbərliyinə müraciət edərək konkret tədbirlər görülməsini tələb ediblər. 
Moskva və İrəvan arasında seçki gərginliyi: Putin açıq danışdı
İoannisyan qeyd edib ki, bloklanma prosesi təkcə siyasi resursları deyil, həm də tarixi mövzuda olan kanalları, eləcə də Qərb fondlarını və müxalifəti tənqid edən səhifələri əhatə edib. Bu addım Ermənistanın informasiya məkanında Rusiyanın təsirini azaltmaq və Qərbmeylli xətti gücləndirmək məqsədi daşıyan genişmiqyaslı kampaniyanın tərkib hissəsi kimi qiymətləndirilir. Bir çox ekspertlər bu hadisəni ifadə azadlığına müdaxilə kimi tənqid etsələr də, rəsmi dairələr bunun dezinformasiya ilə mübarizə olduğunu müdafiə edirlər. Hazırda silinmiş kanalların sahibləri platformanın bu qərarından şikayət etməyə hazırlaşırlar. Ermənistanın daxili siyasi mühitində bu hadisə ruspərəst və qərbmeylli qüvvələr arasında gərginliyi daha da artırıb. Diqqəti çəkən təbii ki, qərarın kritik parlament seçkilərinə cəmi 40 gün qalmış verilməsidir. Paralel surətdə Rusiyaya bağlı oliqarx-milyarder, hazırda ev dustaqlığında olan, baş nazirliyə iddialı Samvel Karapetynaın adamlarına təzyiqlər artıb...
Moskvanın bu demarşlara reaksiyası nə ola bilər?
Deputat Elşad Musayevin sözlərinə görə, təkcə bu addımlar deyil, Avropa Birliyi də hakimiyyətə dəstək üçün hibrid təhdidlərə qarşı mübarizə məqsədi ilə qüvvə göndərib. Millət vəkili Ermənistanda Qərblə Rusiya arasında ciddi rəqabət getdiyini açıqlayıb: "Avropa İttifaqı Ermənistanda təsirini artırmaq niyyətindədir. Əgər Paşinyan qalib gələrsə, biz qarşıdakı illərdə bu siyasətin davamına şahid olacağıq. Nəzərə alaq ki, Brüsseldə Blinken, Leyen və Paşinyanın iştirakı ilə məlum sənəd imzalanıb. Eyni zamanda, imzalanan xartiya ciddi dəstək nəzərdə tutur. Qərb Cənubi Qafqazın Rusiyadan ən çox asılı olan ölkəsini ondan qoparmaq istəyir. Bu seçkilərə məhz belə yanaşmaq lazımdır. Ona görə də Rusiya əlaqədar ən müxtəlif addımlar atılır və onlardan biri də sosial media platformalarıdır. Qərb bununla da Ermənistanda anti-Rusiya propoqandasını gücləndiryə çalışır".
Avropa İttifaqının Ermənistan üçün “seçki çətiri”
E.Musayev Paşinyanın çətinliklə də olsa qələbəsini gözləyir: "Qərb Gürcüstanda buraxdığı səhvi Ermənistanda təkrarlamaq istəmir. Rusiya ilə münaqişə vəziyyətində olan Gürcüstanda Kremlə yaxınlığı ilə seçilən İvanişvilinin partiyası qələbə çaldı və o vaxtdan bəri hakimiyyətdədirlər. Karapetyan da Ermənistanın "İvanişvili"si adlandırıla bilər. Çünki ikisi də oliqarx və Rusiya bağlantısı olan qüvvələrdir. Sadəcə, Paşinyan cəlb tərpənərək onun namizədliyinə əngəl olmağa çalışır. Hər halda, ciddi və gərgin mübarizə gedəcək. Rusiya Karapetyan, Köçəryan və digər resursları işə salaraq qeyd etdiyiniz addımlara qarşı siyasət yürüdür. Lakin Kremlin son anda Paşinyanla anlaşması da istisna deyil. Çünki Rusiya belə bir iqtidarla işləməyi bacarır".
Musavat.com





Xəbəri paylaş


 
 


Xəbər lenti