İran yenə Ermənistana arxa çıxır - Rəisi Paşinyana nə deyib?
13-09-2022, 13:53 78 dəfə baxılıb
Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
“Əyalətmedia.az” Ermənistan mətbuatına istinadla xəbər verir ki, telefon danışığı zamanı Paşinyan İ.Rəisini Azərbaycan-Ermənistan sərhəddində baş verən hadisələrlə bağlı məlumatlandırıb.
İbrahim Rəisi Cənubi Qafqaz regionunda yeni müharibənin qəbuledilməz olduğunu və İranın hadisələrin gedişatını diqqətlə izlədiyini deyib.
Rəisi vurğulayıb ki, regiondakı bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır və İranın dövlətlərin ərazi bütövlüyü ilə bağlı mövqeyi hamıya məlumdur.
İbrahim Rəisi ölkəsinin regionda sülhün bərqərar olmasına dəstək verməyə hazır olduğunu vurğulayıb və əlavə edib ki, Ermənistanın təhlükəsizliyi məsələsi İran üçün vacibdir.

Xəbəri paylaş