“Putin bu addımı atmasa, Rusiya dağılacaq” - ŞOK İDDİA

 
14-09-2022, 13:37           
“Xarkov vilayətindən tələsik qaçan rus ordusunun “şücaətini” müasir dünyada gizlətmək mümkün deyil. Bundan sonra kimsə rus ordusunun sıralarında döyüşmək istəməyəcək, çünki onun qorxaqlığını və bacarıqsızlığını hamı görür”.
'Əyalətmedia.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin köməkçisi Anton Geraşenko deyib.
Ukrayna rəsmisi Rusiya ordusunda ciddi kadr çatışmazlığının olduğunu iddia edib.
“Bunu açıq deyirəm: söhbət Rusiyanın parçalanmasından gedir. Əgər bu müharibə Rusiya silahlı qüvvələrinin Ukrayna ərazisindən, o cümlədən Krımdan tamamilə çıxarılması ilə dayandırılmasa, gələcəkdə bu, Rusiyanın parçalanmasına gətirib çıxaracaq. İndi sakit oturan, FSB-dən qorxan regional liderlər yavaş-yavaş baş qaldırmağa başlayacaqlar. Onlar - Tatarıstan, Başqırdıstan və digər respublikaların rəhbərləri başa düşürlər ki, Putin Rusiyanı uçuruma aparır. Xarkovdakı parlaq qələbəmizin nəticəsi bu oldu ki, onlar Rusiyada Putini və onun tərəfdarlarını açıq şəkildə tənqid etməyə başlayıblar”, - Geraşenko qeyd edib.



Xəbəri paylaş


 
 


Xəbər lenti