Naxçıvan xanı Vasif Talıbovun vurulmasına start verildi
29-09-2022, 10:57 88 dəfə baxılıb
"Mediatv.az"-ın məlumatına görə, AzToday.az sosial şəbəkələrdə yayılan məlumatlara istinadən xəbər verir ki, el arasında “Xan” ləqəbi ilə tanınan Vasif Talıbovun biznesi yoxlanılmağa başlanılıb. Məlumatlara görə, “Xan” məxsus “Cahan” Holdinqinə Bakıdan yoxlama gedib. ”Xan”ın qatı düşməni, MR MTN-in keçmiş rəhbəri Vəli Ələsgərov həbsdən azad olunub.
Görünür, söhbət hansısa “sadəcə yeyinti”dən getmir. Sonucda “Cahan” Holdinq nazirlik, komitə yox, özəl şirkətdir, Bakının orada yoxlama aparması üçün son dərəcə ciddi səbəblər olmalıdır. Ehtimal olunur ki, keçmiş MTN şefi Vasif Talıbovla bağlı Bakıya vacib xəbər uçura, vacib məsələnin para qaynağının “Cahan” Holdinq olmasını sübut edəcək faktlar təqdim edə bilib.
Yeri gəlmişkən qeyd edək ki, Zəngəzurla bağlı Azərbaycan üçün arzuolunmaz planların içərisində Naxçıvan da var. Ötən həftə “Naxçıvan bayrağı” məsələsinin ortaya atılması sıradan olay deyildi…
Xəbəri paylaş