Qriqoryan NATO-da Rusiya təhlükəsini müzakirə etdi

 
4-10-2022, 11:10            57 dəfə baxılıb
 Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan NATO üzv dövlətlərin daimi nümayəndələrinin müavinləri komitəsində görüş keçirib.
Axar.az xəbər verir ki, bu barədə Qriqoryan özü məlumat yayıb.
O, 12-14 sentyabr sərhəd toqquşması haqda məlumat verdiyini bildirib və Bakını ittiham edib, Azərbaycan Ordusunun "geri çəkilməsi üçün" dünya birliyinin təzyiq göstərməli olduğundan bəhs edib.
Qriqoryan deyib ki, görüşdə NATO-Ermənistan əməkdaşlığı, müdafiə sahəsinin demokratik idarəedilməsi, Ermənistan demokratiyasına “xarici təhlükələr” ətrafında müzakirə aparılıb.
Qeyd edək ki, Ermənistan demokratiyası üçün “xarici təhlükə” deyəndə yalnız Rusiya nəzərdə tutulur. Çünki Ermənistanda əsas təsir rıçaqlarına Rusiya malikdir.



Xəbəri paylaş


 
 


Xəbər lenti