Zatulin: "Rusiya indiki vəziyyətdə Qarabağı özünə birləşdirə bilməz"

 
11-10-2022, 14:25            87 dəfə baxılıb
Qarabağ çətin vəziyyətdədir və istənilən varianta hazırdır, amma başqa məsələ odur ki, Rusiya indiki vəziyyətdə Qarabağı özünə birləşdirə bilməz.
Əyalətmedia.az-ın məlumatına görə, bunu Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində deyib. O, jurnalistin Rusiyanın Qarabağı öz hissəsinə qəbul etməyə razı olub-olmayacağı ilə bağlı sualını cavablandırıb.

“Biz indi belə bir məsuliyyəti öz üzərimizə götürə bilmərik. Çünki bu, Azərbaycan və Türkiyə ilə birbaşa qarşıdurma demək olardı.
Axı biz Ermənistandan tələb etmirik ki, Ukrayna ilə münaqişədə bizim tərəfimizdən çıxış etsin. Mən təbii ki, indi bəzi könüllülərin Rusiyanın tərəfində vuruşduğunu saymıram. Ermənistan cəmiyyəti bizdən tələb edir ki, dərhal Azərbaycana qarşı hərbi əməliyyatlara başlayaq”, – Zatulin deyib.
Eyni zamanda, Zatulin ermənilərə Nensi Pelosinin İrəvana səfəri ilə bağlı ölkədə hökm sürən eyforiyanı xatırladıb.
“İlk növbədə Ermənistan məsələləri öz daxilində həll etməlidir. Son vaxtlar Pelosinin səfəri ilə bağlı səs-küy yaranıb. Biz buna etiraz etmirik.
Başa düşürük ki, Ermənistan öz təhlükəsizliyini təmin etmək üçün hansısa variantlar axtarır. Lakin ümid edirik ki, Rusiya ilə sıx əlaqədə qalmaq üçün bəzi variantları axtaracaq qədər ağıllı olacaq.
Bu gün baş verənlər və bəzi hadisələr sübut edir ki, Rusiya Federasiyasına aid olan hər şey kifayət qədər yüngül şərh olunur və buna heç bir etiraz edilmir”, – deyə Zatulin bildirib.



Xəbəri paylaş


 
 


Xəbər lenti