“Satılmayan adam Ermənistanın şeypuruna çevrilməz...” – “Fransa ilə bütün əlaqələr kəsilməlidir”
14-10-2022, 14:23 71 dəfə baxılıb
“Mətbuatdan Qərb siyasətçilərinin “ikiüzlü Makron” kimi tanıdığı Fransa Prezidentinin açıqlaması ilə tanış oldum. Makron deyir ki, onu heç kim neft-qazla ələ ala bilməz. Mən isə deyirəm ki, vicdanlı, ədalətli, satılmayan adam işğalçı Ermənistanın “vuvuzella”sına, Azərbaycan türkcəsində desək, şeypuruna, tütəyinə çevrilməz”.
Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Fransa Prezidentinin son açıqlamalarına münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, satılmayan şəxslər ali dəyərləri mənimsəmiş və həmin dəyərlərə sadiq insanlardır: “Bir milyon müsəlman azərbaycanlı az qala 34 ildir ki, məşəqqətli, məhrumiyyətlərlə dolu açı qaçqın və köçkün həyatı yaşayır. Azərbaycan dövlətinin ərazisinin 20%-i 30 il Ermənistanın işğalı altında olanda işğalçıya deyilmədi ki, 1991-ci ilin sərhədlərinə qayıtmalısan, bunu etməsən, sənə sanksiyalar tətbiq olunacaq. Birinci Qarabağ Savaşında Yeltsin Rusiyası Ermənistan tərəfindən münaqişəyə cəlb olunub və Rusiya ordusunun 366-cı alayı Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edib. İndi Putin Rusiyası neytrallığını qismən də olsa qoruyub saxlamağa çalışır. Makronu bu qane etmir və utanmadan, abır-həya etmədən deyir ki, Rusiya Azərbaycanın əlinə oynayır. Amma Rusiya ermənilərin tərəfində vuruşsaydı, aralarındakı bütün ziddiyyətlərə baxmayaraq, Putinə təşəkkür edəcəkdi”.
Q.Həsənquliyev xatırladır ki, 10 noyabr 2020-ci il üçtərəfli sazişinin imzalanmasından 2 ilə qədər vaxt keçir. Əgər Fransa tərəf olmayıb, Ermənistanı vaxtında başa salsaydı ki, beynəlxalq hüquq var və Azərbaycanın ərazi bütövlüyünü tanımalısan, sülh sazişi imzalamalı, birgə bəyanatın bütün müddəalarını yerinə yetirməlisən, heç 13-14 sentyabr sərhəd toqquşması da olmaz, hər iki tərəfdən yüzlərlə gənc həyatını itirməzdi. “Ona görə həm 44 günlük savaşda, həm də sonrakı dövrlərdə tökülən qanlara görə, vicdansız vasitəçiliyi səbəbindən, Fransa birbaşa məsuliyyət daşıyır. Fransa Senatı 15 noyabrda Azərbaycan əleyhinə qətnamə qəbul etməyə hazırlaşır. Belə bir qərar qəbul olunsa, biz Fransa ilə münasibətlərə yenidən baxmalı, bütün diplomatik əlaqələr kəsilməli, bu ölkədəki səfirimiz dərhal geri çağırılmalıdır. Azərbaycan 10 noyabr bəyanatının icrasını vasitəçi ölkə olan Rusiyadan tələb etməlidir. Rusiya bilməlidir ki, Azərbaycana yönəlik təzyiqlər həm də onun Rusiya ilə dostluq əlaqələrinə sadiq qalmasına görədir. Rusiya Azərbaycanın Qarabağ üzərində tezliklə suveren hüquqlarının bərpasına mane olmamalıdır”.
“Əyələtmedia.az”

Xəbəri paylaş