"Gündəmdə sülh müqaviləsidir, Qarabağ arxa plandadır" - Separatçıların başçısı Rusiyadan kömək istəyir

 
24-10-2022, 12:11            64 dəfə baxılıb
Qarabağdakı qondarma cinayətkar qruplaşmanın rəhbəri Arayik Arutyunyan açıq şəkildə bildirib ki, Qərbin təklifləri onların maraqlarına cavab vermir.
"Əyalətmedia.az" erməni mediasına istinadla xəbər verir ki, Qarabağ probleminin həlliylə bağlı beynəlxalq oyunçuların təklifləri onların xeyrinə deyil və bu, acı həqiqətdir.
“Qarabağ məsələsi arxa plana keçir və biz öz cəmiyyətimizə açıq şəkildə bildirməliyik ki, beynəlxalq oyunçular o qədər də xoş olmayan təkliflər verirlər. Amma bu, bizim “xalqların öz müqəddəratını təyin etməsi ilə bağlı” BMT nizamnaməsinin normalarını həyata keçirməyimizə mane olmur və bizim mübarizəmiz də bu norma çərçivəsində olacaq”, - deyə qondarma rejimin başçısı vurğulayıb.
Arutyunyan deyib ki, Avropa İttifaqının gündəmində yalnız Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi məsələsi durur, Qarabağ məsələsi isə arxa plandadır.
Arayik Arutyunyan qeyd edir ki, o, Qarabağın gələcəyini Rusiyasız təsəvvür etmir.
“Ümumiyyətlə, Qarabağın gələcəyini Rusiya Federasiyasının sülhməramlı qüvvələr və ya hansısa başqa bir missiya kimi iştirakı olmadan təsəvvür edə bilmirəm”, - deyə o, bildirib.
"Azadlıq" radiosunun erməni xidməti xatırladır ki, Arutyunyanın başçılıq etdiyi nümayəndə heyəti bir neçə gün əvvəl Ermənistanda olub. O, səfər zamanı baş nazir, Nikol Paşinyan, habelə parlamentin sədri və Təhlükəsizlik Şurasının katibi ilə görüşüb. Mənbə qeyd edir ki, Araik Arutyunyan acı həqiqətdən məhz bu görüşlərdən sonra danışıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevsə 44 günlük müharibə zamanı və ondan sonra dəfələrlə bəyan edib ki, artıq Qarabağdakı erməni icmasının statusundan söhbət də gedə bilməz və ordakı erməni əhali Azərbaycan qanunları çərçivəsində yaşamalıdır.



Xəbəri paylaş


 
 


Xəbər lenti