"Hraparak" Ermənistanın KTMT-dən çıxması ehtimalından yazıb - Şantaj, yoxsa real niyyət?
25-10-2022, 13:38 76 dəfə baxılıb
Ermənistanda “KTMT-dən çıxmaq uğrunda birlik” adlı təşəbbüs qrupu Ermənistan parlamentinin sədri Alen Simonyana “Ermənistanın təhlükəsizlik məsələləri” mövzusunda parlament dinləmələrinin təşkili təklifi ilə müraciət göndərib.
Əyalətmedia.az erməni agentliklərə istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Müraciət Xarici əlaqələr, Müdafiə və təhlükəsizlik, dövlət-hüquq məsələləri, Regional və Avrasiya inteqrasiyası, İnsan hüquqlarının müdafiəsi və ictimai məsələlər daimi komissiyalarının rəhbərlərinə də ünvanlanıb.
“Bu gün Ermənistan vətəndaşlarını ən çox təhlükəsizlik və müttəfiqlik münasibətlərinin cari və gələcək baxışı narahat edir, ona görə də biz bu müzakirəni zəruri hesab edirik”, - deyə müraciətdə bildirilir.

Xəbəri paylaş