ABŞ Senatında Cənubi Qafqazla bağlı dinləmə keçiriləcək

 
1-11-2022, 11:44            66 dəfə baxılıb
ABŞ Senatının Xarici Əlaqələr Komitəsində ABŞ-ın Cənubi Qafqazdakı siyasətinin qiymətləndirilməsi ilə bağlı müzakirə keçiriləcək.
APA xəbər verir ki, Senatın müvafiq Komitəsində dinləmələr noyabrın 16-da baş tutacaq.
Dinləmələrdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Riker çıxış edəcəklər.



Xəbəri paylaş


 
 


Xəbər lenti