Lavrov Bakıya niyə gəlir? - İNCƏLƏMƏ...
16-06-2022, 12:20 68 dəfə baxılıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Azərbaycana səfər edəcək.
Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova açıqlayıb.
Onun sözlərinə görə, Sergey Lavrov Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Maraqlıdır, Lavrovun Bakıya səfəri nə vəd edir? Əyalətmedia.az-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, Sergey Lavrovun Azərbaycana səfərindən gözləntilər çoxdur:
"Çünki son dövrlərdə Ermənistan-Azərbaycan münasibətilərinin tənzimlənməsində Rusiya ilə bağlı xeyli suallar var. Lavrov İrəvanda səsləndirdiyi bəyanatlarla da açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirdi. Rusiyanın siyasi rəhbərliyi səviyyəsində də Ermənistanı Azərbaycanın üzərinə təhrik edən və Qarabağ probleminin hələ həll edilmədiyini iddia edən bəzi şəxlər var. Düşünürəm ki, Lavrov Azərbaycana gəlirsə, bu münasibətlərin bütün kontekstini müzakirə etmək lazım gələcək".
Politoloq son zamanlarda Rusiyanın mövqeyininin dəyişdiyini vurğulayıb:
"Rusiya həm 44 günlük Vətən müharibəsinin dayandırılmasında, həm də üçtərəfli sazişin imzalanmasında həlledici rol oynayıb. Həmçinin, rəsmi Moskva müharibədən sonrakı ilk vaxtlarda sərhədlərin delimitasiyası və demarkasiyası ilə kommunikasiyaların açılması məsələlərində də fəallıq nümayiş etdirib. Lakin Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin normallaşmasına Avropa İttifaqının cəhdlər etməsindən sonra Rusiya bu məsələdə ciddi mövqe dəyişikliyi edib. Yəni Kreml tərəflər arasında sülh yaratma prosesinin ləngiməsi xəttini tutub.
Sanki Rusiya Azərbaycan və Ermənistan arasında sülh yaratma prosesinin dondurulmasını istəyir. Fikrimcə, bu məsələlərdə həlledici rolu oynayan şəxslərdən biri, bəlkə də birincisi məhz Sergey Lavrovdur. Ona görə də Rusiyanın nə istədiyini bilməliyik. Hesab edirəm ki, Lavrovla ətraflı söhbət aparılacaq və ondan bir sıra suallara cavab alınmasına çalışılacaq".
0

Xəbəri paylaş