“Rusiya çox dəhşətli səhv edib” - Britaniyanın Baş Qərargah rəisi
17-06-2022, 13:58 73 dəfə baxılıb
“Rusiya strateji baxımdan Ukraynaya qarşı müharibəni artıq uduzub. Rusiya çox dəhşətli səhv edib”.
“Report” BBC-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş Qərargah rəisi admiral Toni Radakin bildirib.
Onun sözlərinə görə, Kreml Ukraynanı heç vaxt nəzarəti altına ala bilməyəcək: “Kreml diktatoru Vladimir Putin (Rusiya Prezidenti Vladimir Putini nəzərdə tutur-red.) yaxın həftələrdə taktiki uğurlar qazana bilər. Bu kimi nailiyyətlər üçün o artıq ordusunun gücünün 25 faizindən istifadə edib. Rusiya çox böyük itki verib. NATO isə güclənib. Finalndiya və İsveç Alyansa birləşmək istəyir”.
Baş Qərargh rəisi bildirib ki, V.Putin kiçik bir ərazini tutmağı bacarıb: “Əvəzində isə 50 mindən çox hərbçisi ölüb və yaralanıb”.
T.Radakin Böyük Britaniyanın uzunmüddətli perspektivdə də Ukraynaya böyük miqdarda silah tədarük edəcəyini və Kiyevi dəstəkləyəcəyini vurğulayıb.

Xəbəri paylaş