İranın növbəti ÇİRKİN OYUNU - Məqsəd Təbrizdəki konsulluğun bağlanmasıdırmı?
6-04-2023, 11:37 102 dəfə baxılıb
Bir neçə gün əvvəl Azərbaycanın Təbrizdəki konsulluğunun qarşısında SEPAH tərəfindən təşkil edilmiş aksiya keçirilib. Hadisənin təəsüf doğurucu tərəfi ondan ibarətdir ki, aksiyanı Azərbaycanı sataraq, İranda müəyyən qruplaşmalara qoşulmuş azərbaycanlılar keçirib. Vətəni satmaq, bu qədər asan olsa gərək…
Xatırladaq ki, yanvarın 27-si Azərbaycanın Tehrandakı səfirliyində terror hadisəsi törədildikdən sonra Azərbaycan Tehrandakı səfirliyinin fəaliyyətini dayandırıb. İndi isə görünür, İran rejiminin hədəfi Təbrizdəki konsulluqdur. Molla rejimi Təbrizdəki konsulluğun qarşısında aksiya təşkil etməklə, konsulluğun da bağlanmasına, İranda olan azərbaycanlıların Azərbaycanla əlaqələrinin kəsilməsinə birdəfəlik nail olmaq istəyir. Amma "mollalar" bunu ancaq yuxularında görə bilərlər…
Azərbaycanın Təbrizdəki konsulluğunun qarşısında aksiya keçirilib. Aksiyanın təşkilatçısı SEPAH olsa da, bu şou kampaniyada təəssüflər olsun ki, azərbaycanlılardan istifadə edilib. Aksiyada iştirak edən şəxslər beyinləri yuyulanlardır. Manqurtlaşdırılmış insanlardılar və onlar hələ kimə və nə üçün xidmət etdiklərini özləri də bilmirlər. Bu səbəbdən də, onları SEPAH öz çirkin oyunlarına alət edə bilib.
DİA.AZ-ın məlumatına görə, bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Samir Hümbətov bildirib ki, İranda olan Cənubi Azərbaycan türklərinin böyük əksəriyyətinin Azərbaycana sevgisi sonsuzdur. Və bu da o deməkdir ki, belə, bir neçə adamı ora yığmaqla, şou göstəməyin heç bir mənası yoxdur.
“Ümumi olaraq, Azərbaycanı Cənubi Azərbaycanlılardan, Cənubi Azərbaycanlıları isə Azərbaycandan ayırmaq qeyri mümkündür”-deyə politoloq əlavə edib.
“Baş verən hadisələr fonunda Təbrizdə olan Azərbaycan konsulluğu fəaliyyətini dayandıra bilərmi?” sualına cavab olaraq, politoloq bildirib ki, elə İranı narahat edən məsələ də Təbrizdə Azərbaycan konsulluğunun fəaliyyət göstərməsidir.
“Onlar düşünür ki, Tehranda səfirlik bağlanıb, niyə Təbrizdəki konsulluq bağlanmır? Məncə, Azərbaycan burada bir mesaj verir ki, “bizim üçün prioritet olan Təbrizdir. Tehran bizim üçün prioritet deyil. Yəni Tehranda bizə rahatçılıq yoxdursa, biz Təbrizdə edə bilərik. Biz orda öz fəaliyyətimizi davam etdirə bilərik. Əslində bu olmalıdır da. Çünki oradan Azərbaycana gəlib-gedən, Azərbaycandan ora gəlib-gedən insanlar var. Onların sənəd işləri hansısa, bir idarə vasitəsi ilə həyata keçirilməlidir. Azərbaycanın Təbrizdəki konsulluğu, səfirliyimiz fəaliyyət göstərmədiyi üçün orada bu prosesi həyata keçirir”-deyə politoloq vəziyyəti izah edib. Onun sözlərinə görə, belə şou xarakterli hərəkətlərin edilməsinin heç bir mənası yoxdur.
Ölkələr arası münasibətlərin gərgin olduğunu və İranın hər keçən gün bu münasibətləri bir qədər də, gərginləşdirməyə çalışdığını qeyd edən politoloq vurğulayıb ki, bütün baş verənlərə rəğmən Azərbaycan hələ də təmkinini qoruyub, saxlaya bilir. İran nə qədər təxribatlar etməyə çalışsa da Azərbaycan bu vəziyyət qarşısında soyuqqanlı davranır.
“Gərginlik hələ müəyyən müddət davam edəcək. İran nə etsə də, Azərbaycan qərib ölkə deyil. İran istəsə də, istəməsə də Azərbaycanlılarla dil tapmağa məcburdur. Belə şou xarakterli davranışlar İranın özünə də xeyir gətirməyəcək”-deyə politoloq bildirib.

Xəbəri paylaş