İran üç səbəbə görə Bakı və Ankaranın işbirliyindən qorxur… – Ağar
14-04-2023, 11:13 89 dəfə baxılıb
İran Türkiyə ilə Azərbaycanın iş birliyini özü üçün təhdid sayır. Bunun da çox səbəbi var. Bunlardan biri etnik məsələlərlə bağlıdır. Eləcə də sosioloji, geopolitik cəhətdən Tehranın narahatlıqları var.
Bunu türkiyəli təhlükəsizlik mütəxəssisi Abdullah Ağar deyib.
Onun sözlərinə görə, İran hesab edir ki, Azərbaycan və Türkiyənin birgə güclənməsi onun parçalanmasına gətirib çıxara bilər: “1828-ci il Türkmənçay sülh müqaviləsi ilə Rusiya ilə İran arasında parçalanan Azərbaycanın yenidən birləşəcəyi və daha da güclənəcəyindən ehtiyat edir. Heç bir ölkə ətrafında güclü, iddiası olan, aktiv dövlət görmək istəməz”.
İran ordusunun raket sistemləri və PUA-larının imkanlarına gəlincə, Abdullah Ağarın fikrincə, bu ölkənin yeni nəsil PUA-ları son dərəcə təhlükədir: “Rusların əlindəki İran mənşəli “Şahid-136” PUA-sısının Ukraynada nələr etdiyini gördük. Ağıllı dövlətlər rəqabətdə olduğu bir ölkənin əlindəki silah sistemlərini və onları işlətmək potensialını nəzərə alır və texniki baxımdan öz imkanlarını gücləndirir. Türkiyə və Azərbaycan bu məsələyə diqqətlə yanaşır. Əsas məqsədimiz sülhü və sabitliyi qorumaq, ölkələri sülhə, ədalətə yönəltməkdir. Əgər müharibə ehtimalı olarsa, o zaman hər kəs ətəyindəki daşı yerə tökəcək.

Xəbəri paylaş