"Rusiya və Azərbaycan Qarabağda danışıqlara başlayıb, Ermənistan iştirak etmir" - "Hraparak"

 
27-04-2023, 11:32            41 dəfə baxılıb
“Dünəndən Rusiya və Azərbaycan nümayəndələri arasında danışıqlar başlayıb, Ermənistan tərəfi danışıqlarda iştirak etmir”.
Əyalətmedia.az xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” məlumat yayıb.


“Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkovun vəzifəsindən azad edildiyi və bu vəzifəyə Rusiya müdafiə nazirinin müşaviri, 66 yaşlı general-polkovnik Aleksandr Lentsov təyin olunduğu bildirilir. Lentsov artıq iki gündür ki, Qarabağdadır.
Mənbələrimizin bildirdiyinə görə, dünəndən üç rusiyalı – Volkov, Lentsov və Rusiya Federasiyasının digər nümayəndəsi, digər tərəfdən isə iki Azərbaycan rəsmisinin iştirakı ilə 3+2 formatında danışıqlar başlayıb.
Ermənistan tərəfi danışıqlarda yoxdur. Qarabağdan olan bəzi mənbələr iddia edir ki, Lentsov müvəqqəti olaraq, belə desək, köməyə gəlib.
Vəziyyət həll olunarsa, o, Moskvaya qayıda bilər. Çünki bu gün Rusiya Silahlı Qüvvələrində belə mütəxəssislər kifayət qədər deyil.
Danışıqlar zamanı Rusiya tərəfi azərbaycanlıların nəzarət-buraxılış məntəqəsini yığışdırmasına və yalnız rentgen skanerlərinin quraşdırılmasına nail olmağa çalışacaq.
Yəni, Qarabağa daxil olan yük maşınları birbaşa Rusiya sülhməramlılarının nəzarəti altında yoxlanılacaq və Azərbaycan tərəfi prosesi onlayn izləyəcək”, – deyə nəşr bildirib.



Xəbəri paylaş


 
 


Xəbər lenti