VAŞİNQTON GÖRÜŞÜ BİTDİ, BLİNKEN BƏYANAT YAYDI - "Razılaşma əl çatacaq məsafədədir"
5-05-2023, 12:15 49 dəfə baxılıb
ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli danışıqların növbəti raundu başa çatıb.
ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən danışıqlarına ev sahibliyi etdikdən sonra bu barədə rəsmi bəyanat verib: “İntensiv və konstruktiv ikitərəfli və üçtərəfli danışıqlar silsiləsindən sonra tərəflər çətin məsələlərlə bağlı əhəmiyyətli irəliləyişə nail olublar. Hər iki tərəf münasibətlərin normallaşdırılmasına və iki ölkə arasında uzun müddətdir davam edən münaqişəyə son qoyulmasına səmimi sadiqlik nümayiş etdirib”.
Dövlət Departamentinin rəsmi saytında dərc edilmiş məlumatda deyilir ki, Azərbaycan və Ermənistan müəyyən məsələlər barəsində prinsipcə razılığa gəliblər və indi qalan məsələlər üzrə biri digərinin mövqeini daha yaxşı başa düşür: “Mən nazirlərə təklif etdim ki, onlar öz paytaxtlarına qayıdaraq öz hökumətləri ilə belə bir perspektivi bölüşsünlər ki, əlavə xoş məram, güzəştlilik və kompromis olarsa, razılaşma əl çatacaq məsafədədir”.
Blinken vurğulayıb ki, Birləşmiş Ştatlar davamlı və dayanıqlı sülhün təmin edilməsi üçün tam dəstək və iştirakını davam etdirəcək.

Xəbəri paylaş