Ərdoğanı hədəfə almışdı, geri addım atdı – “Rəqibindən xeyli öndə qol vurdu”
15-05-2023, 13:27 90 dəfə baxılıb
Türkiyə seçki prosesinə girəndən sonra bir-birinin ardınca bu ölkə və Prezident Rəcəb Tayyib Ərdoğanı hədəfə alan yazılar dərc edən İngiltərənin “The Economist” qəzetindən gözlənilməz reaksiya gəlib.
Qəzet müxalifətin namizədi Kamal Kılıçdaroğlunun gözlənilən performansı göstərə bilmədiyini yazıb.
“Rəcəb Tayyib Ərdoğan Türkiyə səs verərkən, rəqibindən xeyli öndə qol vurdu”, – nəşr bildirib.
Qəzet qeyd edir ki, nəticələr həm soğru mərkəzlərinin, həm də Kılıçdaroğlunun gözlədiyindən xeyli aşağı olub:
“Kılıçdaroğlunun rəhbərlik etdiyi CHP isə 600 yerdən təxminən 211-ni qazanıb. Parlament seçkilərində 35 faiz səslə çox zəif çıxış etdi”.
Nəşr səsverməyə qatılım nisbətinə də toxunub: “Türklər demokratiyadan əl çəkmədilər. Seçkilərdə yüksək fəallıq olub. 88 faizdən çox seçici fəallığı olduqca yüksək seçki nisbətidir”.
“The Economist” nəticənin təkcə Türkiyəni deyil, bütün dünyaya təsir etdiyinə diqqət çəkib:
“Türkiyə seçkiləri bir çox fərqli situasiyalarda, xüsusən də Rusiya məsələsində önəmli idi”.

Xəbəri paylaş