Bir erməni “Laçın” postundan buraxılmadı, panika başladı
7-06-2023, 11:34
Ermənistandan Xankəndiyə gəlmək istəyən mülki geyimli hərbçi “Laçın” sərhəd-buraxılış məntəqəsindən buraxılmayıb.Bu barədə iddia erməni mediasında yayılıb.
Bildirilib ki, bu fakt Xankəndidəki separatçılar arasında ciddi narahatlığa səbəb olub. Belə ki, mülki geyimli şəxsin məhz hərbçi olduğu haqda Azərbaycan sərhəd-keçid məntəqəsində məlumat olması onları heyrətə gətirib.
“Belə görünür ki, Azərbaycan xüsusi xidmət orqanlarında dəqiq məlumat bazası var. Bütün bunlar, əlbəttə ki, acı bir reallıqdır”, – deyə məlumatda bildirilir.
Xəbəri paylaş



























