“Azərbaycana qarşı kartımız yoxdur, belə davam etsə...” – Bozoyandan ETİRAF

 
14-06-2023, 11:39            97 dəfə baxılıb
“Azərbaycan Qarabağla bağlı artıq istədiyini əldə edib”.

Əyalətmedia.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib.

“Azərbaycan artıq Qarabağla bağlı istədiyini alıb. İndi də Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasına nail olmağa çalışır, qarşıya da iki seçim qoyub: ya inteqrasiya edirlər, ya da gedirlər. Nikol Paşinyanın sözlərindən aydın oldu ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Qarabağı Azərbaycana təhvil verib”, - ekspert bildirib.

Bozoyan Ermənistan baş nazirinin anklavları – Qazaxın 7, Naxçıvanın 1 kəndini də Azərbaycana qaytaracağı vədini verdiyini də söyləyib:

“Artıq hər şey çox aydın olur. Belə davam edərsə, Azərbaycan istədiyinə nail olacaq. Haqqında heç nə bilmədiyimiz bir sıra müfəssəl suallar da var. Təsəvvür edin, bu şərtlər daxilində Azərbaycan hansı tələbləri irəli sürə bilər. Nə baş verə biləcəyini təxmin edə bilərik”.

Politoloq Azərbaycanın Ermənistana yeni şərtlər və tələblər diktə etdiyini iddia edir. Onun sözlərinə görə, bu durumda Ermənistanın Azərbaycana qarşı istifadə edə biləcəyi heç bir kartı yoxdur.



Xəbəri paylaş


 
 


Xəbər lenti